MDB-yə üzv dövlətlərin gənc memarlarının iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi elan edilir

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Memarlar İttifaqı və Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə  “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir. Müsabiqənin məqsədi: Müsabiqə “2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı” çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etmək məqsədi ilə keçirilir. Müsabiqənin növü: Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:…

ardını oxu...