Sumqayıtdan Bakıya yeni yol çəkilə bilər (ÖZƏL)

Sumqayıt istiqamətindən Bakıya giriş üçün alternativ yol çəkilə bilər. İnsaatci.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, Sumqayıtdan Bakı şəhərinə girişdə tıxacların aradan qaldırılması ilə bağlı tədbirlər davam etdirilir: “Tədbirlər planı çərçivəsində Bakı şəhərinə alternativ yolun çəkilməsi planı da var. Bunun üçün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin yaxınlığından Bakı şəhərinin Şərifzadə küçəsinə, oradan isə “20 yanvar” istiqamətinə yol çəkilməsi təklif olunub. Bu təklif qəbul olunarsa, həmin ərazidən tunel inşası nəzərdə tutulur”. A. Nəcəfli bildirib ki,…

ardını oxu...

Nazirlik hərrac keçirdi, 24 dövlət əmlakı özəlləşdirildi

Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil olunmuş hərracda 24 dövlət əmlakı özəlləşdirilib. Bu barədə nazirlik məlumat yayıb. Bunlardan 23-ü nəqliyyat vasitəsi, 1-i isə kiçik dövlət müəssisəsidir. Özəlləşdirilən dövlət əmlakı üzrə 7-si elektron olmaqla 101 sifariş verilib. Kiçik dövlət müəssisəsi Ağdaş rayonu, Nemətabad kəndində yerləşən istehsal sahəsidir. Rəqabətli hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/2ZpyK6F) Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin…

ardını oxu...