İdarələrarası mərkəzin şəhərsalma məsələləri üzrə işçi qrupunun onlayn iclası keçirilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun növbəti onlayn iclası keçirilib. İşçi Qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirak etdiyi toplantıda işğaldan azad edilmiş ərazilərin planlaşdırma sənədlərinin hazırlanması, regiondakı yaşayış məntəqələrinin yenidənqurması, zəruri infrastrukturun yaradılması və yerli əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində aparılan işlərin icra vəziyyəti haqqında məlumat verilib. Bildirilib ki, planlaşdırma sənədlərinin təyin olunmuş müddətdə hazırlanaraq başa çatdırılması üçün işğaldan azad olunmuş ərazilərdə müvafiq qurumlar tərəfindən hazırda görülən və planlaşdırılan…

ardını oxu...

Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin fəaliyyətinin təşkili barədə məlumat

“İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 12.08.2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılmışdır. Hazırda Baş İdarənin strukturunun formalaşdırılması, onun işçi qüvvəsinin planlaşdırılması,  fəaliyyətinin təşkili ilə bağlı zəruri təminat məsələlərinin həll edilməsi üzərində iş aparılır. Strukturun əsas bölmələrinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında şəhərsalma və memarlıq məsələlərinin icrası, dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi, tikintiyə və istismara icazələrin verilməsi, eləcə də İdarənin fəaliyyətinin dəstəklənməsi məqsədilə digər təminedici struktur vahidlərindən ibarət olması nəzərdə tutulmuşdur.…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai şuraya seçkilər başa çatıb

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuraya 11 sentyabr 2021-ci il tarixində gizli səsvermə yolu ilə seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 18 namizəd arasından səs çoxluğu ilə 11 nəfər Şuraya üzv seçilib. Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura aşağıdakı tərkibdə formalaşıb:   1. Abdullayev Hüseyn Natiq oğlu (“Azərbaycan Könüllülər” İB); 2. Bayramov Toğrul Şahin oğlu (“Ulduz İnformasiya Kommunikasiya Texnologiyaları Sahəsində Maarifləndirmə” İB); 3. Eyvazov Valeh Əsgərxan oğlu (Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İB); 4. İmaməliyev Nəriman Məcid oğlu (Uğur Gənclərin Maarifləndirilməsi…

ardını oxu...

MDB-yə üzv dövlətlərin gənc memarlarının iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi elan edilir

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı,  Azərbaycan Respublikasının Memarlar İttifaqı və Memarlıq və İnşaat Universitetinin dəstəyi ilə  “MDB ölkələri üzrə gənc memarların iştirakı ilə memarlıq və şəhərsalma müsabiqəsi” elan edilir. Müsabiqənin məqsədi: Müsabiqə “2021-ci ildə Müstəqil Dövlətlər Birliyində Memarlıq və Şəhərsalma ilinə həsr olunmuş tədbirlər planı” çərçivəsində kənd yaşayış məntəqələrində həyat səviyyəsinin və xidmətlərin əlçatanlığını yaxşılaşdırmaq, şəhər və kənd yaşayış məntəqələri arasında olan fərqi azaltmaq, habelə şəhərsalma və memarlığın əhəmiyyət və imkanlarına ictimai diqqəti cəlb etmək məqsədi ilə keçirilir. Müsabiqənin növü: Müsabiqə 1 mərhələ və 2 nominasiyadan ibarət olmaqla açıq keçirilir:…

ardını oxu...

YAXŞI HƏKİM MİLLƏTİN ANASIDIR!…

Məhərrəm Əsədov 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Baş şosse yolları idarəsində başlamış və 49 il bu sistemdə işləmişdir. Avtomobil yolları üzrə üç kitabın və 18 səmərəli təklifin müəllifidir. Beynəlxalq Nəqliyyat Akademiyasının akademikidir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür. Hal-hazırda AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” Layihə İnstitutunda mühəndisdir. Azərbaycanın yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə yazırdı ki, Bakı şəhərində imkanlı şəxslər xəstələndikdə yəhudi və ya rus həkimlərinə müraciət edirdilər. Bu da onların daha məsuliyyətli və dəqiq olmalarından irəli gəlirdi.…

ardını oxu...