Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə üzərində “Xarıbülbül” təsviri olan saatlar hədiyyə edib (FOTO)

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. Daha sonra dövlət başçıları söhbət etdilər. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Yaxından çəkin. Əziz qardaşım mənə bu gözəl saatları hədiyyə edib. “Xarıbülbül” təsviri də üstündə. Prezident Rəcəb Tayyib Ərdoğan: Şuşaya gəlmişdik. Buradan Şuşa yaxındır. “Xarıbülbül”…

ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanın Ağalı kəndində rəsmi qarşılanma mərasimi olub. Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi. Türkiyə Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə nümayəndə heyəti Azərbaycan Prezidentinə, Azərbaycan nümayəndə heyəti Türkiyə Prezidentinə təqdim olundu. Prezident Rəcəb…

ardını oxu...

Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur Dəhlizinin təməlini qoyublar

Oktyabrın 26-da Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəlcə Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda tikinti işlərinin gedişi ilə tanış oldular.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlət başçılarına məlumat verdi. Saleh Məmmədov dedi: Möhtərəm cənab Prezident, hərəkət etdiyiniz bu yol Əhmədbəyli-Füzuli-Şuşa yoludur. Bu yol altı-dörd cərgədən ibarət olacaq. Yolun uzunluğu 81 kilometrdir. Bu yolun başlanğıcdan 50-ci kilometrədək 51 kilometrlik hissəsini Azərbaycan şirkətləri, əllinci kilometrdən 81-ci kilometrə qədər hissəni isə…

ardını oxu...

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışını ediblər

Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Azərbaycan və Türkiyə prezidentləri hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. AZAL-ın prezidenti Cahangir Əsgərov dövlət başçılarına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Hava limanının istənilən tip hava gəmisini qəbul etmək…

ardını oxu...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib. Füzuli Beynəlxalq Hava Limanında ilk rəsmi qarşılanma

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Trend xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.

ardını oxu...

HALAL ZƏHMƏTLƏ UCALAN USTAD MÜHƏNDİS

Təbrik edirik! Vahid Hilal oğlu Hacıyev – 80 il Adı respublikamızın ustad inşaat mühəndisləri ilə yanaşı çəkilən Vahid Hilal oğlu Hacıyevin mənalı həyatının son 56 illik bir dövrü ölkəmizin tikinti-quruculuq tarixi ilə sıx bağlıdır. İlk əmək fəaliyyətinə “Kür-Arazsutikinti” Baş İdarəsindən başlayaraq bu sahədə pillə-pillə yüksələn, arxada qalan dövrdə respublikamızın tikinti kompleksində, meliorasiya və su tikintisi yönümündə böyük uğurlara imza atan, əsil inşaatçı-mühəndis ömrü yaşayan Vahid Hacıyev çağdaş nəsil inşaatçılar üçün əsil nümunə və örnək olacaq rəhbər  kadrlardandır.   Bəlkə də “İnşaatçı” qəzetinin 1952-ci ildə Kür-Araz Su Tikinti Baş İdarəsinin orqanı…

ardını oxu...

Serbiya hökuməti “AzVirt”in işini yüksək dəyərləndirir 

“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Serbiya Respublikasında tikintisini həyata keçirdiyi iki mühüm layihə – Ruma-Şabats-Loznitsa və Belqrad Dairəvi Yolu layihələri Balkanlarda böyük maraqla izlənilir. Hər iki layihə həm işin həcminə görə, həm də keyfiyyəti baxımından diqqət çəkir. Azərbaycanlı mütəxəssislərin bu sahədə peşəkarlığı da yüksək dəyərləndirilir. 2020-ci ildən icrasına başlanılan Ruma-Şabats-Loznitsa layihəsi üzrə Sava çayı üzərində körpünün tikintisi, eləcə də ümumi uzunluğu 21 km-ə yaxın olan, 7 körpü və 3 tunelin də daxil olduğu Belqrad Dairəvi Yolunda inşaat işlərinə daim həssaslıqla yanaşılır. Qeyd edilən layihələr üzrə mövcud durum bu günlərdə şirkətin baş…

ardını oxu...

“Bakı Metropoliten”indəki maxinasiyalar — Zaur Hüseynov necə “yeraltı dünyanın kralı” oldu?

Hər gün paytaxt sakinləri metrodan istifadə etmək üçün yerin altına enir, kimisi işə tələsir, kimisi evə, amma heç birimizin yerin tərkində gizlədilən, qaranlıq tunellərdə görünməz olan maxinasiyalardan xəbəri yoxdur. Halbuki, metro stansiyalarında gözümüzün önündəki reklam afişalarına belə diqqət etsək bu afişalarda xeyli sərvətin olduğunu görə bilərik. Amma əsl sərvət bizim görə bilmədiyimiz qaranlıq tunellərdə, yerin tərkində gizlədilib və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu sərvətin belə demək mümkünsə üzərində əyləşib. Metroda gediş haqqının artırılması məsələsi gündəmə gəldiyi üçün bütün diqqət yeraltı dünyaya yönəldi və istər-istəməz Zaur Hüseynovun…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

12 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. Komitə sədri qonağı salamlayaraq ölkəmizə səfərindən məmnunluq hissi duyduğunu, Azərbaycan və Türkiyə arasında şəhərsalma, memarlıq və tikinti sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək qiymətləndirdiyini vurğulayıb. Vətən müharibəsi dövründə də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin daim hiss olunduğunu bildirən Komitə sədri hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə tarixinin ən yüksək səviyyəsində olduğunu, bu nailiyyətin ilk növbədə dövlət başçılarımızın birgə səyləri sayəsində və göstərişlərinə əsasən əldə olunduğunu…

ardını oxu...