Şəhid ailələri və müharibə əlillərinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən müharibəsi qəhrəmanına mənzillərin sənədləri təqdim edilib. İNSAATCİ.AZ KONKRET.az –a istinadən xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb. Nazir müavini bildirib ki, müharibədən…

ardını oxu...

Yaponiyalı investorlar və şirkətlər Qarabağda bərpa işlərinə dəvət olunacaq

Yaponiyalı investorlar və şirkətlər Qarabağda bərpa işlərinə dəvət olunacaq. Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib. O bildirib ki, ölkəyə investisiyaların cəlb olunmasının təşviqi məqsədilə bir sıra proqramlar hazırlanır və müvafiq zonalar yaradılır: “Yaponiya şirkətləri Azərbaycanda neft və qaz, eləcə də kənd təsərrüfatı sahələrində işləyir. Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb və bu göstərici yaxın gələcəkdə dörd dəfəyədək artacaq”. M.Musayev qeyd edib ki, əməkdaşlıq müddətində Azərbaycanda Yaponiya kreditləri hesabına artıq…

ardını oxu...

Prezident İlham Əliyev: Talış kəndi və Suqovuşanın azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində Azərbaycan bayrağını ucaldıb.  insaatci.az xəbər verir ki, dövlətimizin başçısı çıxış etdi. Prezident İlham Əliyevin çıxışı -Bir il bundan əvvəl, oktyabrın 3-də Suqovuşan qəsəbəsi işğaldan azad edilmişdir. Bu, çox əlamətdar hadisə idi, müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğurumuz idi, böyük qələbəmiz idi. Bu qəsəbənin işğaldan azad edilməsi zamanı şəhidlərimiz oldu, qazilərimiz oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralananlara şəfa versin. Biz keçən ayın 27-də Anım Gününü keçirərkən Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin xatirəsini bir daha…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura fəaliyyətə başladı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında yeni yaradılmış İctimai Şuranın fəaliyyətə başlaması ilə əlaqədar Komitə sədrinin şura üzvləri ilə görüşü keçirilib. Komitə sədri Anar Quliyev təşkilata seçilmələri münasibətilə şura üzvlərini təbrik edib, Şuranın Komitə ilə əməkdaşlığının səmərəli qurulacağına əminliyini ifadə edib, üzvlərə fəaliyyətində uğurlar arzulayıb. Komitə sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən dövlət siyasəti sayəsində son illər ölkədə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndiyini, QHT-lərin inkişaf və dövlət quruculuğu proseslərində fəal iştirak etdiyini, dövlət-vətəndaş münasibətlərinin yeni inkişaf mərhələsinə çıxdığını vurğulayıb. Bildirilib ki, Komitə yanında İctimai Şura…

ardını oxu...