Serbiya hökuməti “AzVirt”in işini yüksək dəyərləndirir 

“AzVirt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Serbiya Respublikasında tikintisini həyata keçirdiyi iki mühüm layihə – Ruma-Şabats-Loznitsa və Belqrad Dairəvi Yolu layihələri Balkanlarda böyük maraqla izlənilir. Hər iki layihə həm işin həcminə görə, həm də keyfiyyəti baxımından diqqət çəkir. Azərbaycanlı mütəxəssislərin bu sahədə peşəkarlığı da yüksək dəyərləndirilir. 2020-ci ildən icrasına başlanılan Ruma-Şabats-Loznitsa layihəsi üzrə Sava çayı üzərində körpünün tikintisi, eləcə də ümumi uzunluğu 21 km-ə yaxın olan, 7 körpü və 3 tunelin də daxil olduğu Belqrad Dairəvi Yolunda inşaat işlərinə daim həssaslıqla yanaşılır. Qeyd edilən layihələr üzrə mövcud durum bu günlərdə şirkətin baş…

ardını oxu...

“Bakı Metropoliten”indəki maxinasiyalar — Zaur Hüseynov necə “yeraltı dünyanın kralı” oldu?

Hər gün paytaxt sakinləri metrodan istifadə etmək üçün yerin altına enir, kimisi işə tələsir, kimisi evə, amma heç birimizin yerin tərkində gizlədilən, qaranlıq tunellərdə görünməz olan maxinasiyalardan xəbəri yoxdur. Halbuki, metro stansiyalarında gözümüzün önündəki reklam afişalarına belə diqqət etsək bu afişalarda xeyli sərvətin olduğunu görə bilərik. Amma əsl sərvət bizim görə bilmədiyimiz qaranlıq tunellərdə, yerin tərkində gizlədilib və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov bu sərvətin belə demək mümkünsə üzərində əyləşib. Metroda gediş haqqının artırılması məsələsi gündəmə gəldiyi üçün bütün diqqət yeraltı dünyaya yönəldi və istər-istəməz Zaur Hüseynovun…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Türkiyənin ətraf mühit və şəhərsalma nazirini qəbul edib

12 oktyabr tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Türkiyə Respublikasının ətraf mühit və şəhərsalma naziri Murat Kurumu qəbul edib. Komitə sədri qonağı salamlayaraq ölkəmizə səfərindən məmnunluq hissi duyduğunu, Azərbaycan və Türkiyə arasında şəhərsalma, memarlıq və tikinti sahəsində sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu yüksək qiymətləndirdiyini vurğulayıb. Vətən müharibəsi dövründə də qardaş Türkiyənin siyasi və mənəvi dəstəyinin daim hiss olunduğunu bildirən Komitə sədri hazırda ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə tarixinin ən yüksək səviyyəsində olduğunu, bu nailiyyətin ilk növbədə dövlət başçılarımızın birgə səyləri sayəsində və göstərişlərinə əsasən əldə olunduğunu…

ardını oxu...