44 GÜNLÜK SAVAŞDA DÜŞMƏNİ MƏHV EDİB, DÜNYAYA AZƏRBAYCANIN GÜCÜNÜ GÖSTƏRDİK

Knyaz Hacıyev, Bakıenerjitikinti” ASC-nin sədri, Respublikanın Əməkdar Mühəndisi


Bu gün müasir Azərbaycan tarixinin ən şərəfli bir dövrünü yaşayırıq. Xalqımızın bütün vətəndaşlarının sevinci hədsizdir. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla 30 ildən çox davam edən münaqişəyə son qoyuldu, mənfur düşmən sülhə məcbur edildi, 44 günlük  Vətən Müharibəsi tarixi Qələbəmizlə başa çatdı.

Döyüş meydanında əldə etdiyimiz bu zəfər igid Vətən oğullarının qanı bahasına qazanıldı. Əslində isə bu zəfərin bünövrəsi 2016-cı ilin Aprel döyüşlərində qoyulmuşdu. Aprel döyüşlərinin qəhrəman əsgər və zabitləri sübut etmişdilər ki, bu müharibədə uğur əldə etmək, qalib gəlmək, zəfər qazanmaq mümkündür. Çox xoşbəxtik ki, bu tarixi günləri yaşadıq. Bu böyük qələbə ilə şəhidlərimizin qisası alındı. Altı həftə davam edən hərb meydanında Azərbaycan Silahlı Qüvvələri özünün hünər və bacarığını, rəşadət və mərdliyini bütün dünyaya nümayiş etdirdi və erməni ordusunun məğlubedilməzliyi barədə özlərinin uydurduğu mifi darmadağın etdi.

Azərbaycanın Ali Baş Komandanı və silahlı qüvvələrimiz vəhdət təşkil edərək 200 il ərzində ilk dəfə olaraq işğal altındakı torpaqları azad etdi. Bu, dövlətimizin, xalqımızın və ordumuzun dəmir yumruq kimi birləşməsinin nəticəsidir. Allah şəhidlərimizə rəhmət eləsin, yaralanan hərbçilərimizə şəfa versin. Biz bununla bütün dünyaya sübut etdik ki, Azərbaycanın qüdrətli və müzəffər ordusu var və cəmi 44 günlük savaşda düşməni məhv edib, dünyaya Azərbaycanın gücünü göstərdik.

Ana torpağı canları bahasına yağı düşmənin işğalından qurtaran şəhidlərin məqamı ən uca mərtəbədədir. Bu gün şəhidlərin ruhu   rahatdır ki, onların arzusu çiçək açır, xalqımız öz torpağına qovuşur, məcburi köçkünlər yurdlarına qayıdır.

Rəhbərlik etdiyim “Bakıenerjitikinti” Açıq Səhmdar Cəmiyyətinin kollektivi son illərdə əsasən yaşayış, sənaye və ictimai bina və qurğuların tikintisi, hidrotexniki qurğuların–su elektrik stansiyalarının, kanalların, dükerlərin, bəndlərin tikintisi, bina və tikililərin yenidənqurulması və bərpası və digər işlərlə məşğuldur. Deyim ki, kollektivdə çalışan inşaatçılarımızın hər zaman arzusu olub ki, şanlı ordumuzun gücü ilə müqəddəs torpaqlarımız işğaldan azad olunsun və orda aparılacaq tikinti bərpa prosesində iştirak etsinlər. Yəni, bu bizim hər birimizin arzusu olub. Artıq müzəffər odumuz torpaqılarımızı işğaldan azad edib bizə təhvl verib. Bu yeni mərhələdə əsas söz inşaatçı və layihəçilərimizindir. Çünki viran edilmiş şəhər və kəndlərimiz ən qısa müddətdə yenidən tikilməlidir ki, məcburi köçkünlərimiz dogma ata-baba torpaqlarına qayıda bilsinlər.

Rəhbəri olduğum “Bakıenerjitikinti” ASC-nin kollektivi adından tariximizə şanlı qəhrəmanlıq səhifəsi kimi qızıl hərflərlə yazılan Böyük Qələbəyə görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlıq duyğularımızı çatdırır, xalqımızı bu böyük qələbə münasibətilə təbrik edirik.

Zəfər salnaməmiz, işğaldan azad olunmuş ərazilərdə müzəffər Ordumuzun qəhrəmanlıq izləri gələcək nəsillərimiz üçün and yeri olacaq.

Oxşar xəbərlər

Leave a Comment