ABŞ bankı:”Neft tələbatının bərpası ən azı 3 il çəkəcək”

Qlobal neft tələbatının bərpası ən azı 3 il çəkəcək.

Bu proqnozla “Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı çıxış edib. Banka görə, koronavirusa qarşı peyvənd tapılsa belə, neft tələbatının bərpa olunması üçün ən azı 3 il vaxt lazımdır.

Qeyd edək ki, son 2 ayda 42-45 dollar aralığında satılan “Brent” markalı neftin bir barreli 40 dollardan aşağı düşüb. Beləliklə də, “Brent”in qiyməti ötən gün 2 ayda ən böyük gündəlik itkisi ilə üzləşib(azərtac).

Oxşar xəbərlər

Leave a Comment