Ağcabədi şəhərinin Baş planı təsdiq edildi

Ağcabədi şəhərinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 27.02.2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar Komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. Ağcabədi şəhərinin sonuncu Baş planı 1987-ci ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir.…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Qədim Qarabağın yenilənən siması” adlı müsabiqə proqramına start verir

Komitə Qarabağda Sarıcanlı, Horadiz, Böyük Mərcanlı, Zar, Şəlvə kəndlərinin və Xudafərin qəsəbəsinin memarlıq planlaşdırma həlləri üzrə müsabiqədə iştirak etməyə dəvət edir Müsabiqə proqramı  www.bizimqarabagh.az  saytında təqdim edilir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuz tərəfindən Ermənistanın 30 illik işğalçı siyasətinə son qoyulub və ölkəmiz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq regionda təhlükəsizliyin, ədalətin bərqərar olması və öz ərazi bütövlüyünün bərpa edilməsinə nail olub. İşğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikası…

ardını oxu...

Şuşaya çəkilən Zəfər yolu asfaltlanır – FOTOLAR

  Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. İNSAATCİ.AZ Modern.az-a xəbər verir ki, ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirildi. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olundu. Dövlətimizin başçısının tapşırığına əsasən, uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı…

ardını oxu...

SƏNSİZ KEÇƏN İLLƏRİ, ÖMÜRDƏN SAYMARAM MƏN…

ELEGİYA Bir dərya göz yaşı ilə yazılan son sevgi etirafı Bu dünyada biz də var idik… Biri, bu gün ömrün 61-ində taleyi çiliklənən, dünyası dağılan, həm cismani, həm də mənən ölü mən idim, biri isə ömrünün 55-ci baharında ömrü yarımçıq qalan, dünyadan nakam köçən, mənim tale qismətim, ömür həmdəmim Xəysə idi, artıq ikimiz də yoxuq. Xəysəm haqq dünyasında, mən isə onun görüşünə çataçatda… …Yox, bizi tanıyanlar, əzizlərimiz üçün varıq, həmişə olacağıq. *** Nə qədər nəfəsim üstümdədi, özümüzdən və sevgimizdən yazmaq istəyirəm, bağlanmış ömür kitabımız barədə danışmaq istəyirəm, yaxınlarımıza xatirə üçün……

ardını oxu...

YOLLARDA TARIXLƏŞƏN ÖMÜR

Təbrik edirik! Kamil Əliyev – 60 Hansı sahədə çalışırsan çalış, ən əsası bu torpağa, bu Vətənə ləyaqətli oğul olmağı bacarmaqdır. Belələri tək çalışdıqları kollektivlərdə yox, ümumən cəmiyyətdə, xalq arasında hörmət-izzət, nüfuz sahibi olurlar. Çoxillik jurnalistika fəaliyyətimdə tikinti sahəsində olan tanınmışların çoxu haqqında “İnşaatçı” qəzetində maraqlı yazılarla çıxış eləmişəm. Ancaq bu gün 60 yaşına söz demək istədiyim yubilyarımız digərlərindən çox fərqlənir, həm insan kimi, həm də mühəndis kimi. İnsan kimi ən ali insani dəyərlərin daşıyıcısı olduğu kimi, mühəndis kimi də sənətinin fövqündə dayanan kamil və peşəkar mütəxəssisdir. Söhbət Kamil Əli oğlu…

ardını oxu...

ÖMRÜN MÜDRİKLİK ÇAĞINDA…

 İbrahim Muxtarzadə – 70 (Ölkə inşaatında qazandığı bütün uğurları misilsiz çalışqanlığının göstəricisi olan Əməkdar Mühəndis İbrahim Muxtarzadənin 70 yaşına)  Sadə xalq arasından çıxaraq eldə, elatda nüfuz, hörmət qazanıb şərəfli ömür yaşayanlar öz törəmələrinə, nəsil daşıyıcılarına təmiz ad qoyub gedirlər. Və belə kişilərin övladları, nəvə, nəticələri də çox zaman öz kökünə bağlı olur, bəzən ata, babalarından da qabağa getməyi bacarırlar. Beləcə nəsillərin uğur estafeti davam etdirilir. Və bu yerdə “ot kökü üstə bitər” məşhur atalar məsəlinin nə qədər yerində deyildiyini, necə böyük məna yükü daşıdığını bir daha yəqin edirik. Bəli, hər şey…

ardını oxu...

MUXTAR VİLAYƏTİN AYRILMAQ STATUSU YOXDUR!

 “İnşaatçı” qəzeti, 20 may 1989,  № 58,  (4471)  Tаriхdә һeç bir cәmiyyətin һәyаtındа öz әsаs prinsiplәrini sахlаmаqlа bu qədər yenilәnmә, tәzәlәnmә, tәmizlәnmә һаdisәsi оlmаyıb. Bu tәsаdüfi dеyil. Sоsiаlizm еlmi әsаsdа qurulmuş yеgаnә cәmiyyәtdir, onun yüksəliş yönünün idarəolunmа imkаnlаrı, nәzәri оlаrаq, sonsuzdur. Yеnidәnqurmаnı bu bахımdаn yеnidənqurmа inqilаbı аdlаndırırlаr. Sоsiаlizmin әsаs prinsiplәrindәn biri, bəlkә dә birincisi, bәrаbәrlikdir. Bu müqəddəs sözün ilk növbədə millәt və хаlqlаrın bərabərliyi anlayışını götürmək istәrdim. Çаr Rusiyаsı dövründən fәrqli оlarаq, sоsiаlist dövlәtimiz bütün хаlqlаrın bәrаbərliyini qanuniləşdirdi. İndi iş о yеrә gəlib çаtıb ki, rus хаlqınа sаyınа görә böyük…

ardını oxu...

Qarabağın bərpasına dəstək… – Dünya Bankı

Dünya Bankı Azərbaycanla müxtəlif sahələrdə uzunmüddətli tərəfdaşlığa malikdir və əgər Azərbaycan hökuməti istəsə azad edilmiş torpaqlarının bərpasına da IBRD öz dəstəyini göstərməyə şad olar. INSAATCI.AZ xəbər verir ki, bunu Report-a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl deyib. “Təmsil etdiyim bankın tərkibinə ayrı-ayrı maliyyə institutları daxildir, onlardan biri də IBRD adlandırdığımız Beynəlxalq Yenidənqurma və İnkişaf Bankıdır. IBRD-nin ərazilərin bərpası ilə bağlı təcrübəsi də var. Mən tarix müəllimi deyiləm, amma onu xatırlada bilərəm ki, II Dünya müharibəsindən sonra IBRD Avropanın yenidənqurma ehtiyaclarına cavab verməyə başlayıb. Beləliklə yenidənqurma və münaqişədən…

ardını oxu...

BÖYÜK QAYIDIŞ

 Bahar gəlir… Bu bahar çox şirin, çox fərqli, çox sevindirici bahar olacaq əzizlərim. Axı 30 ildir hərarətli arzularla yaşayırdıq və hər ” Novruz tonqalı ” çatılanda qəmli bir köks ötürürdük və deyirdik ki, kaş gələn il ” Novruz tonqalları ” Şuşada və bütün girov torpaqlarımızda qalansın. Ali Baş Komandanın bir əmri ilə vətənpərvər xalqımız bir yumruq kimi birləşdi və 44 -günlük müharibədə mənfur düşmənə diz çökdürdük ! Bu xalqın igidliyini, döyüşkənliyini, birliyini bir daha dünyaya sübut etdik. Sübut etdik ki, bu xalqın Koroğluları, Nəbiləri, Həcərləri, Nigarları, Cavanşirləri, Həziləri, Mehdiləri, İsrafilləri…

ardını oxu...

Müəllimliyi ləyaqət ölçüsü, alimliyi düşüncə tərzi, publisistikası mübarizə meydanı olan alim

Vida sözü (Telman Əliyevin əziz xatirəsinə ithaf olunur)  Texnika elmləri doktoru, akademik, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat mexanikası kafedrasının professoru, Ukrayna İnşaat Akademiyasının akademiki, Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Lütfi Zadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının akademiki Telman Xurşud oğlu Əliyev 07 mart 2021-ci il tarixində haqq dünyasına qovuşdu. Telman Əliyev bənzərsiz, işıqlı bir ziyalı ömrü yaşadı.  Telman Xurşud oğlu Əliyev 3 aprel 1940-cı ildə Azərbaycan Respublikası Füzuli rayonunun Aşağı Rəfədinli kəndində ziyalı ailəsində anadan olmuşdur. Atası Mustafayev Xurşud Alı oğlu ixtisasca hesabdar olmuş və kolxozda baş mühasib işləmişdir.…

ardını oxu...