Azərbaycan neftinin bu günə olan qiyməti

Azərbaycan neftinin qiymətində cüzi azalma müşahidə olunub.

“Azeri Light” markalı neftin bir bareli 0,05 faiz və ya 0,03 ABŞ dolları qədər ucuzlaşıb.

Nəticədə, dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 54,70 dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə – 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum – 149,66 dollara satılıb.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar dünya bazarında neft qiymətlərinin 5 faizə qədər artmasına səbəb olmuşdu.

Oxşar xəbərlər

Leave a Comment