Azərbaycan qazı artıq Yunanıstan ərazisindədir

Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Yunanıstan Azərbaycanın təbii qazını qəbul etməyə başladı.

Bu barədə ölkənin milli təbii qaz şirkəti DEPA-nın direktoru Konstantinos Xifaras mətbuata açıqlama verib.

O bildirib ki, Azərbaycandan Yunanıstana təbii qazın verilməsinə başlanılması yeni dönüş nöqtəsidir.

Bundan əvvəl, Bolqarıstanın Baş naziri Boyko Borisov bir milyard kubmetrdən çox Azərbaycan qazının artıq Bolqarıstan ərazisinə daxil olduğu barədə məlumat vermişdi.

B.Borisov bununla da gələcəkdə Bolqarıstanın qaz tədarükü ilə bağlı problemlərinin yaranmayacağını və Azərbaycan qazının ölkəyə nəql edilməsi ilə birgə təbii qaz şaxələndirilməsinə nail olunacağını əlavə etmişdi.

Qeyd edək ki, Trans Adriatik Boru kəməri ümumi layihə dəyəri 40 milyard ABŞ dolları olan Cənub Qaz Dəhlizinin tərkib hissəsidir. TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəqlini həyata keçirəcək.

TAP-ın ümumi layihə dəyəri 4,5 milyard avro həcmindədir. Layihədə BP 20 faiz, SOCAR 20 faiz, “Snam S.p.A” 20 faiz, “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdirlər. 2020-ci ilin sonunda artıq TAP Avropaya qaz nəqlinə start verdi və bununla da Bolqarıstanın qaz tələbatının 30 faizi, Yunanistanın qaz tələbatının 20 faizi və İtaliyanın qaza olan tələbatının təxminən 10 faizi təmin ediləcək

Oxşar xəbərlər

Leave a Comment