“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub

Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib.
INSAATCI.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Qeyd olunub ki, 62 yaşlı ispaniyalı mütəxəssis kataloniya klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.
O, baş məşqçi qismində Ernesto Valverdeni əvəz edəcək.
Kikenin son rəhbərlik etdiyi futbol klubu “Betis” olub.
Qeyd edək ki, 19 turda 40 xal toplayan “Barselona” çempionat turnirində birinci yeri tutur.

Oxşar xəbərlər

Leave a Comment