Prezident İlham Əliyev Bakının Nizami rayonunda yenidən qurulan “8-ci km” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Bakının Nizami rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 110/35/10 kilovoltluq “8-ci km” yarımstansiyasının açılışında iştirak edib. Insaatci.az AZƏRTAC-a istinadən bildirir ki, “Azərenerji” ASC-nin sədri Baba Rzayev yarımstansiyada görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, “8-ci km” yarımstansiyası 52 il əvvəl tikilmişdir və istismar müddətini çoxdan başa vurmuşdu. Nəticədə burada tez-tez qısa qapanmalar olurdu və enerji sistemi qəza təhlükəsi ilə üzləşirdi. Yenidənqurma nəticəsində bu problemlərin hamısı aradan qaldırılıb. Burada görülən yenidənqurma işləri çərçivəsində yarımstansiyanın açıq və qapalı paylayıcı qurğuları, transformatorları,…

ardını oxu...

Böyük Şor gölündə təmizləmə işlərinə başlanıldı

Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Böyük Şor gölündə yaranmış fəsadların aradan qaldırılması üçün təmizləmə işlərinə başlayıb.  Nazirlikdən verilən məlumata görə, hazırda göldəki çirkab qatının təmizlənməsi prosesi aparılır. Əraziyə FHN-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Hazırda göldəki tullantılar çıxarılır və ərazidən daşınır. Qeyd edək ki, bir neçə gün əvvəl Bakını kəskin qoxu bürümüşdü. Bununla bağlı açıqlama yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi kəskin qoxunun səbəbinin Böyük Şor gölündən qaynaqlandığını qeyd etmişdi.

ardını oxu...

SMS icazə sutkada 2-3 dəfə verilə bilər…

 Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərara görə, iyulun 5-dən 20-dək Azərbaycanın bir sıra bölgələrində sərtləşdirilmiş karantin rejimi elan edilib. Həmin dövr ərzində vətəndaşlar tibbi və ərzaq zərurətini ödəmək, eyni zamanda bank və poçtla bağlı məsələlər üçün 2 saatlıq SMS icazədən istifadə edə bilərlər. Son günlər havaların istiləşməsi səbəbindən səhhətində problemi olanlar, yaşı 60-dan yuxarı insanlar 2 saat açıq havada dayana bilmirlər. Bəzən vətəndaş 2 saatlıq icazə alıb onun yarım saatından istifadə edir. Həmin gün digər vacib iş çıxdıqda isə bir sıra problemlər yaşayırlar. Odur ki, vətəndaşlar 2 saatlıq SMS…

ardını oxu...

“Hansısa işsiz özünə sayt yaradaraq guya jurnalistika ilə məşğul olursa dövlət niyə ona vəsait ayırmalıdır?”

“Azərbaycan haqqında beynəlxalq aləmdə yayılan yalançı informasiyaların qarşısını ala bilən saytlara dövlət dəstəyi verilməlidir” Milli Mətbuatın 145 illik yubileyi yaxınlaşdıqca, dövlət-media münasibətləri, mətbuata dövlət dəstəyi, jurnalistlərə mənzil verilməsi kimi məsələlər ətrafında müzakirələr aktuallaşır. Bu il həm də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbə müdiri, prezidentin köməkçisi Əli Həsənovun və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlinin vəzifədən azad edilməsi hökumətin mətbuatla münasibətlərə yenidən baxması kimi şərh olunur. Belə fikirlər var ki, indiyədək Azərbaycanda mətbuatın inkişafını əngəlləyən bu şəxslər idi və artıq hər şey…

ardını oxu...

ELEGİYA

Ömür gün yoldaşım Fatma xanımın əziz xatirəsinə ithaf edirəm Biri var idi, biri yox idi… Noğul kimi bir həyat, nağıl kimi bir sevgi, sevgi dolu bir ömür, bir ömrə bərabər xoşbəxt bir gülüş var idi… Bir anın içindəcə əldən düşüb çilik-çilik olan bir kuzə kimi, hər şey yox olub, getdi… O xoşbəxt, gözəl təbəssümlərin dodağında qurudu… Ömrümə işıq saçan, o iri, məsum gözlərini öz əlimlə qapamaq məcburiyyətində qaldım. Dastana bənzəyən o nağıl sevgi, məsum sevgi, bir ruh kimi buxarlana-buxarlana göylərə çəkildi. İçim boş bir tabaqa döndü. Sən gedəli həyətimizin rəngbərəng,…

ardını oxu...

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda modul tipli hospitalın açılışında iştirak ediblər

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Insaatci.az Trendə istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi. Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin modul tipli hospitalı 10 korpusdan ibarətdir və burada 800 xəstəni qəbul etmək üçün hər cür imkan var. Modul tipli hospitalda yaradılan şərait müalicə işi ilə yanaşı, laborator müayinələri də qısa müddətə və keyfiyyətlə aparmağa imkan verir. Belə…

ardını oxu...

PREZİDENT ATƏT, AVROPA ŞURASI və MİNSK QRUPUNU QINADI, KARANTİN REJİMİ İLƏ BAĞLI AÇIQ MESAJ VERDİ:”Polis orqanlarına çox ciddi göstəriş verilib…” – MÜSAHİBƏNİN TAM MƏTNİ

 İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər. Insaatci.az Azərtac-a istinadla xəbər verir ki, Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib: -Cənab Prezident, vaxt tapıb suallarımızı cavablandırdığınıza görə təşəkkür edirəm. Birinci sualım bugünkü modul tipli xəstəxana ilə bağlı olacaq. Yaradılan şəraitlə tanış oldunuz. Bununla bağlı təəssüratlarınızı bölüşməyinizi xahiş edirəm. – Təəssüratlar çox müsbətdir. Əsas odur ki, bu…

ardını oxu...

KİVDF 18 qəzetə maliyyə yardımı ayırdı- SİYAHI

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilən müsabiqənin nəticələrini elan edib. KİVDF-dən verilən məlumata görə, ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb. Həmin qəzetlərin siyahısını təqdim edirik: № Qəzetin adı Qalib elan olunduğu sahə 1. “Yeni Azərbaycan” qəzeti 1) Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi2) Azərbaycançılıq ideyasının təbliği 3) Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi 2. “Səs” qəzeti 1) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hassında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi2) Azərbaycançılıq…

ardını oxu...

Kredit dərəcələri 3-4%-dən artıq olmamalıdır – Deputatdan TƏKLİF

Publika.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir: – Qüdrət bəy, ölkədə suya tələbatın kəskin artdığı bir dövrdə Kürün suyunun Xəzərə axmasının məhdudlaşdırılması üçün Kürün Xəzərə töküldüyü yerdə bənd vurulması təklifiniz bəzi “ekspertlər” tərəfindən birmənalı qaşılanmayıb. Hətta bəziləri təəccüblə bildiriblər ki, deputat necə bu cür təklif verə bilər? Çünki kürətrafı rayonlar su altında qala bilər. – Bilirsiniz, yalnız diletantlar belə düşünə bilər. Qənimət Zahidin şərləyənlər dəstəsinin sayıqlamalarına əhəmiyyət vermək lazım deyil. Bir vaxtlar kilsə Qalileydən tələb edirdi ki, yerin öz oxu ətrafında fırlanması ideyasından imtina etsin.…

ardını oxu...

Pandemiya memarlığı başdan-ayağa dəyişdirəcək – Gələcəyin evləri belə olacaq

Yeni tip koronavirus pandemiyası əksər sahələrlə yanaşı, memarlığa da təsirsiz ötüşməyəcək. Publika.az xəbər verir ki, sahənin mütəxəssisləri memarlıqda yeni kriteriyaların ortaya çıxa biləcəyini ifadə edir. İstanbul Medipol Universiteti İncəsənət, Memarlıq və Dizayn Fakültəsinin dekanı Atilla Dikbaşın sözlərinə görə, qısa müddətdə pandemiyanın yayılma riskini azalda bilmək üçün mövcud olan məkanlarda sosial məsafənin qorunub, təmasın minimuma endirilməsinə dair dəyişikliklər edilməlidir. Professorun fikrincə, uzunmüddətli şəhər dizaynı, korporativ mənzil və korporativ memarlıq üçün yeni kriteriyalar müəyyən olunmalıdır: “Sadəcə dizayna deyil, təbiətlə geniş münasibətlərə fokuslanmaq lazım gələcək. Evlərdə keçiriləcək zamanın keyfiyyətli olması üçün açıq havaya çıxmağı…

ardını oxu...