PUTİN QARABAĞLA BAĞLI TÜRKİYƏ və ABŞ-a ÇAĞIRIŞ ETDİ: “Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət edəcək”

 “Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”. İNSAATCİ.AZ Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün “Valday” müzakirə klubunun onlayn iclasında deyib. O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: “Bizim üçün orada insanların həlak olması faciədir. Təbii ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz…” “Biz hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik”, – deyən Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: “Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”. Rusiya prezidentinin…

ardını oxu...

PREZİDENTDƏN YAPON QƏZETİNƏ SENSASİON AÇIQLAMALAR: “Dağlıq Qarabağda heç bir referendum olmayacaq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib. İNSAATCİ.AZ  həmin müsahibəni təqdim edir: – Dağlıq Qarabağ münaqişəsi haqqında soruşmaq istəyirəm. Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri cümə günü Vaşinqtona səfər edəcəklər. Bu görüşdən nə gözləyirsiniz? Siz üçtərəfli formatda bəzi şərtlərlə danışıqlara hazırsınızmı? – Bilirsiniz ki, əslində, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransa Ermənistan və Azərbaycan arasında olan münaqişənin həll yolunu tapmaq üçün mandatı olan Minsk qrupunun üç həmsədr ölkələridir. Ona görə bizim nazirlərimizin bu üç paytaxtda görüşməsi təbiidir. Bu cür görüşlər əvvəllər dəfələrlə olmuşdur. Bilirsiniz ki, Moskvaya…

ardını oxu...

TƏCİLİ: NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Aleksandrs Kirşteyns qurumun veb-seminarında bəyan edib. O, Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyini bir daha vurğulayıb: “Bu sammitdə iştirak edən və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisində olduğu müddətdə münaqişənin həll oluna bilməyəcəyini açıq şəkildə söyləyən Azərbaycan təmsilçisini tam dəstəkləyirəm. Əsas odur ki, bütün bunlar Azərbaycan ərazisində baş verir”. NATO-da təmsil olunan millət vəkili daha sonra bildirib: “Erməni silahlı birləşmələri oradan çıxmalıdır. Hətta müəyyən ediləcək cədvələ görə. Əks təqdirdə, Ermənistanın mövqeyi heç bir nəticəyə gətirib çıxarmayacaq.…

ardını oxu...

TÜRKİYƏNİN QAFQAZ FƏALLAĞI DÜNYA GÜCLƏRİNİ HƏRƏKƏTƏ GƏTİRİB –Onlar rəsmi Ankaranı atəşkəs istəməməkdə suçlayırlar

Ərgün Dilər “Takvim”, Türkiyə, 16 oktyabr 2020-ci il Dünyanın harasından baxırsınız baxın, ABŞ-la Çin arasında rəqabətin, mübarizənin getdiyini görəcəksiniz. Pərdə arxasında bunun nə qədər real və tükəndirici olduğunu bilə bilmərik. Çünki dünyanın ABŞ-SSRİ balansını anlaması 50 il çəkdi. Hələ də çox sayda anlamayanlar vardır. Kağız üstündə böyük bir rəqabət davam etməkdədir. Bu, öncəkilərə bənzəməməkdədir. Çünki bu, texnoloji, rəqəmsal inqilabla iç-içə keçən bir dəyişiklikdir. İki böyük müharibənin edə bilmədiyini edəcək olan bir dəyişiklik qapıdadır. Pul da, ölkələr də, enerji də, mədənlər də, nəqliyyat da, dənizlər də, ordular da, kosmos da paylaşılacaqdır. Baş verən…

ardını oxu...

BMT Təhlükəsizlik Şurası Qarabağa görə toplanır

Bazar ertəsi BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qapalı iclas keçirəcək. MilliYol.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Təhlükəsizlik Şurasındakı mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, iclas Minsk qrupunun həmsədrləri olan Rusiya, Fransa və ABŞ-ın təşəbbüsü ilə keçiriləcək.

ardını oxu...

MN: Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub

Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib. İNSAATCİ.AZ-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

ardını oxu...

Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “France 24” televiziya kanalına müsahibə verib. INSAATCI.AZ müsahibəni təqdim edir. – Salam, “France 24”ün müsahibə rubrikasına xoş gəlmisiniz. Bu gün biz Azərbaycanın paytaxtı Bakı şəhərindəyik və mən Azərbaycan Prezidenti İlham Əliyevin yanındayam. Prezident Əliyev, bizim suallarımızı cavablandırmağa razılıq verdiyiniz üçün çox sağ olun. Əlbəttə ki, mən Sizdən Dağlıq Qarabağ münaqişəsi haqqında soruşacağam. Humanitar atəşkəs kimi nəzərdə tutulan atəşkəs barədə razılıq imzalandıqdan bəri zorakılıq və müharibə davam etmişdir. Bu gün Sizdən soruşuram, bu atəşkəs rəsmən artıq etibarsız, bitmiş və ləğv edilmiş hesab olunur? – Bu, Ermənistanın davranışından asılıdır, çünki biz həmişə öhdəliyimizə sadiq qalırıq. Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik.…

ardını oxu...

Ərdoğandan növbəti Qarabağ AÇIQLAMASI

Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunması şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib. Ermənistanın Azərbaycana qarşı hücumları səbəbindən Dağlıq Qarabağ bölgəsində toqquşmaların davam etdiyini deyən Türkiyə Prezidenti bildirib: “Dağlıq Qarabağ Ermənistanın 30 ilə yaxındır işğal etdiyi…

ardını oxu...

DÜNYANIN 173 ÖLKƏSİ ABŞ-dan ASILI VƏZİYYƏTƏ DÜŞƏCƏK:”Böyük Sıfırlama”nı Tramp, yoxs Bayden həyta keçirəcək? – ARAŞDIRMA

 Ərgün Dilər “Takvim” qəzeti,  Türkiyə, 20 avqust 2020-ci il Bir avtomobil fabriki təsəvvür edin. Rahat, sürətli, davamlı və təhlükəsiz bir nəqliyyat vasitəsi hazırlanır. Əlbəttə ki, hazırlanan bu nəqliyyat vasitəsinin hər bir detalı xüsusi önəmlidir. Sükan çarxından əyləc sisteminə qədər bütün detalları avtomobilin sürətində xüsusi rol oynayır. Baxım dövründən tutmuş, nəqliyyat vasitəsinə yazılan yeni nəsil proqram təminatına qədər. Nəqliyyat vasitəsini istehsal edən fabrikin sahibi hər detalı düşünür. İnvestisiyasını, fabrikin kadr ehtiytını və texnologiyanı bu fabrikə müvafiq olaraq seçir. Çatışmayan nə detal varsa, tapıb yerinə qoyur. Çünki avtomobil bitmiş bir mürəkkəb sistemin…

ardını oxu...

SABAH ƏRDOĞAN XALQA ŞAD XƏBƏR VERƏCƏK –”Türkiyə bu günü deyil, gələcəyini düşünür”

Çağan Koç, Selcan Hacaoğlu, Əsli Kandemir “Bloomberg”, 20.06.2020 Türkiyə Qara dənizdə enerji mənbəyi tapıb, çox güman ki, bu, təbii qazdır. Məsələni bilavasitə bilən 2 nəfər yatağın həcmi, dərinliyi, qazın nə qədər çətin hasil ediləcəyi barədə heç bir məlumat verməyib. Prezident Rəcəb Tayyib Ərdoğan Cümə günü türklərə millət üçün yeni bir dövr açacaq “şad xəbər” çatdıracağını vəd edib. O, həmçinin Avropa İttifaqı ilə aralarındakı mübahisəyə səbəb olan Aralıq dənizi sularında enerji kəşfiyyatını davam etdirməyə söz verib. Prezidentin ofisi əlavə şərh verməkdən imtina edib. Bu xəbərdən sonra lirənin məzənnəsi dollara nisbətdə yüksəlib…

ardını oxu...