Messi bu 5 klubdan birinə keçə bilər – Siyahı (FOTO)

“Barselona”nın hücumçusu Lionel Messi yayda klubu tərk edə bilər. “La Gazzetta dello Sport”un xəbərinə görə, Messi karyerasını 5 klubdan birində davam etdirə bilər. Siyahıda “Mançester Siti”, “Mançester Yunayted”, “Yuventus”, “İnter” və PSJ-nin adları yer alıb. “Siti”nin argentinalı futbolçu uğrunda mübarizədə favorit olduğu bildirilir. Qeyd edək ki, “Barselona”nın idman direktoru Erik Abidalın sabiq baş məşqçi Ernesto Valverdenin gedişini futbolçularla əlaqələndirməsi nəticəsində Messi ilə rəhbərlik arasındakı münasibətlər gərginləşib.

ardını oxu...

Beyin fəaliyyətini gücləndirmək üçün bunu edin

Piyada gəzməyin faydaları hər zaman vurğulanır. Mütəxəssislər bunu vərdiş halına çevirməyi, hər gün gəzintinin vacib olduğunu bildirirlər. INSAATCI.AZ  e-tibb.az-a istinadən xəbər verir ki, piyada gəzməyin sağlamlığa təsiri ilə bağlı daha bir araşdırma aparıblar. Kanadalı alimlər gəzintini beyinə müsbət təsiri baxımından kofeinlə, qəhvə içməklə müqayisə ediblər. Onlar hesab edir ki, gündə 30 dəqiqə gəzmək beyin fəaliyyətinə kofeindən daha yaxşı təsir göstərir. Alimlər ümumiyyətlə, qəhvə içməyən və hər gün qəhvə içən bir qrup könüllünü izləyiblər. Nəticədə kofe içməyən şəxslərin beyin fəaliyyətinin daha yaxşı olduğu ortaya çıxıb. Məlum olub ki, bu şəxslərdə beyinin…

ardını oxu...

Qvardioladan çox danışılacaq Messi açıqlaması

İngiltərə Premyer Liqasının XXII turunda “Mançester Siti” səfərdə “Aston Villa”nı məğlub etdikləri (6:1) oyunda Serxio Aquero het-trik edib. Oyundan sonra “şəhərlilər”in baş məşqçisi Qvardiola jurnalistin “ən yaxşı hücumçun Aquerodur” sualına “ən yaxşı hücumçum Messidir” cavabını verib. “Yaxşı, bəs ən yaxşı9 nömrə?” sualına ispan mütəxəssisin cavabı daha maraqlı olub: ” Ən yaxşı “nömrə9”, “nömrə 10”, “nömrə 11″,”nömrə 7”, “nömrə 6”, “nömrə 4″… Messidir”.

ardını oxu...

“Barselona” nın yeni baş məşqçisi Kike Setien olub

Kike Setienin İspaniyanın “Barselona” futbol klubunun yeni baş məşqçi təyin edilməsi təsdiqlənib. INSAATCI.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. Qeyd olunub ki, 62 yaşlı ispaniyalı mütəxəssis kataloniya klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb. O, baş məşqçi qismində Ernesto Valverdeni əvəz edəcək. Kikenin son rəhbərlik etdiyi futbol klubu “Betis” olub. Qeyd edək ki, 19 turda 40 xal toplayan “Barselona” çempionat turnirində birinci yeri tutur.

ardını oxu...

Gənclər və idman nazirliyi yeni müsabiqə elan edir

Gənclər və İdman Nazirliyi 2 fevral Azərbaycan gəncləri günü ilə əlaqədar loqotipin hazırlanması üçün müsabiqə elan edir. Dizayner, rəssam, yaradıcı gənclərin diqqətinə! Loqotip məhz 02.02.2020 tarixini əks etməlidir: Təkliflər 18 yanvar 2020-ci il tarixədək qəbul olunur. İşlər jpg və cdr formatında mysgovaz@gmail.com elektron ünvanına “Loqo 2020” başlığı ilə göndərilməlidir. Seçilmiş loqotipin qalibinə 1000 manat dəyərində pul mükafatı və diplom təqdim ediləcək.

ardını oxu...

Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib

Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib. Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, ilk olaraq kişilərdən ibarət komandalar mübarizəyə qatılıblar. Üç turdan ibarət qrup mərhələsinin ilk oyun günündə meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb. Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20. Yanvarın 15-də qadın həndbolçulardan…

ardını oxu...