Çinlə Azərbaycan arasında daha bir dəmiryol marşrutu açılıb

Sentyabrın 10-da Çinin şərqindəki Çjetszyan əyalətinin Tszinhua şəhərindən ixrac məhsulları daşıyan 100 konteynerdən ibarət yük qatarı Bakıya yola düşüb. Trend-in məlumatına görə, bu, Çin-Avropa dəmiryol yükdaşımaları çərçivəsində sayca 12-ci marşrutun açılmasını ifadə edir. Qeyd olunur ki, əsasən dəmir məmulatlar və gündəlik məişət məhsulları ilə yüklənmiş qatar yeni marşrutla Sintszyan-Uyğur muxtar rayonunda Horqos sərhəd-keçid məntəqəsindən sərhədi keçəcək, Qazaxıstanın Xəzər dənizindəki Aktau limanına, buradan bərə ilə Bakının Ələt limanına, daha sonra Heybət stansiyasına çatacaq. Multimodal marşrutla daşıma müddətinin 15-18 gün çəkəcəyi gözlənilir ki, bu da əvvəlki marşrutlardan təxminən 30 faiz daha sürətlidir.…

ardını oxu...

Türkiyədən Azərbaycana sement idxalı azalıb

2020-ci ilin yanvar-avqust aylarında Türkiyədən Azərbaycana sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11,83 faiz azalaraq 22,367 milyon dollar təşkil edib. Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər. Avqust ayında Türkiyə Azərbaycana 2,969 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin iyunu ilə müqayisədə 28,74 faiz azdır. 2020-ci ilin yanvar-avqust aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artaraq 2,388 milyard dollara bərabər olub. Hesabat dövründə Türkiyənin sement ixracı ümumi ixracın 2,3 faizini təşkil edib. Son 12 ay ərzində (avqust…

ardını oxu...

ABŞ bankı:”Neft tələbatının bərpası ən azı 3 il çəkəcək”

Qlobal neft tələbatının bərpası ən azı 3 il çəkəcək. Bu proqnozla “Bank of America Merrill Lynch” beynəlxalq investisiya bankı çıxış edib. Banka görə, koronavirusa qarşı peyvənd tapılsa belə, neft tələbatının bərpa olunması üçün ən azı 3 il vaxt lazımdır. Qeyd edək ki, son 2 ayda 42-45 dollar aralığında satılan “Brent” markalı neftin bir barreli 40 dollardan aşağı düşüb. Beləliklə də, “Brent”in qiyməti ötən gün 2 ayda ən böyük gündəlik itkisi ilə üzləşib(azərtac).

ardını oxu...

İqtisadi Şura toplandı: 6 aydan bir Prezidentə məruzə ediləcək

Bu gün Azərbaycan Respublikasının Baş Naziri Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranını ilk iclası keçirilib. Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, iclasda Şuranın üzvləri – Azərbaycan Respublikası Prezidentinin köməkçiləri Şahmar Mövsümov və Natiq Əmirov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçiləri Emin Hüseynov və Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Neft Fondunun İcraçı direktoru İsrafil Məmmədov iştirak ediblər. Baş Nazir Əli Əsədov Prezident İlham Əliyevə İqtisadi Şura üzvləri…

ardını oxu...

“Bu templə ölkəmiz tezliklə dünyanın ən qabaqcılları sırasına çıxacaqdır”

Ölkədə infrastuktur sahəsində görülən işlər sırasında elektroenergetikanın yenidən qurulması, inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində həyata keçirilən işlər xüsusi yer tutub və tutmaqda da davam edir.  Bunu Milli.Az-a açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib. O bildirib ki, 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası və 385 meqavatlıq eyni adda Elektrik Stansiyasının təməlinin qoyulması bunun növbəti təzahürüdür. “Bunların əhəmiyyətini bütün detalları ilə qeyd etməyə, geniş açıqlamağa ehtiyac görmədən nəzərə çatdırmaq istəyirəm ki, ölkədə generasiya güclərinin sayını artırmaq qarşıya bir vəzifə olaraq fasiləsiz bir iş kimi qoyulub. Çünki enerji təminatına tələbat…

ardını oxu...

Vergi güzəştləri tətbiq edilən sahələr üzrə yeni bəyannamə formaları istifadəyə verilib –Detallar

 Azərbaycanda “Bəyannamə Tərtibatı Proqramı”nın (BTP) növbəti yeni versiyası istifadəyə verilib. Dövlət Vergi Xidmətindən Strateq.az-a verilən məlumata görə, burada pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən müvafiq güzəşt və azadolmaları özündə ehtiva edən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Torpaq vergisi bəyannaməsi” və “Gəlir vergisi bəyannaməsi”nin elektron formada tərtib edilərək vergi orqanına təqdim olunması imkanı yaradılıb. Hazırda digər tədiyyələr üzrə, o cümlədən əlavə dəyər vergisi, mənfəət və əmlak vergisi üzrə bəyannamələrin elektron qaydada tərtibatı zamanı güzəşt və azadolmaların nəzərə alınması istiqamətində işlər aparılır. Yaxın vaxtlarda həmin bəyannamələrin də elektron forması vergi…

ardını oxu...

Mikayıl Cabbarov iranlı həmkarı ilə görüşüb – FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov ilə İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd arasında videokonfrans formatında görüş keçirilib. Nazirlikdən Milli.Az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin mövcud durumu, əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

ardını oxu...

Pandemiyadan zərər çəkən fərdi sahibkara 12,3 mln. manatdan çox maliyyə dəstəyi göstərilib

Nazirlər Kabineti tərəfindən fərdi sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi barədə qəbul edilən qərara əsasən, 2-ci mərhələ çərçivəsində pandemiyadan zərər çəkən sahibkara 12 332,3 min manat vəsait ödənilib. Milli.Az APA-ya istinadən bildirir ki, avqustun 13-nə olan məlumata görə, 2-ci mərhələ çərçivəsində 49 329 fərdi sahibkara maliyyə dəstəyi göstərilib. Birinci mərhələdən fərqli olaraq, bu dəfə vergi ödəyicilərinin yenidən müraciət etməsinə ehtiyac yoxdur. Maliyyə dəstəyi üzrə ödənişlər əvvəllər bu dəstəyi alan vergi ödəyiciləri üzrə həyata keçirilir. Milli.Az

ardını oxu...

Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir – Şöbə müdiri

Əgər biz beynəlxalq təcrübədən danşırıqsa, bir məqamı da qeyd etməliyik ki, ölkələr bu prosesdən çıxmaq üçün borclanmaya gedirlər. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. Onun sözlərinə görə, bu borcları isə gələcək nəsillər qaytarmalıdırılar: “Azərbaycan borclanmaya getmir, öz resurslarımız kifayət qədərdir. 100-dən artıq ölkə beynəlxalq təşkilatlardan borclar alıb. Kommunal məsələyə gəldikdə isə, ölkələrin təcrübəsi fərqlidir. Dövlət Vergi Xidməti tərəfindən müxtəlif formada güzəştlər edilir. Hər bir vətəndaş da etdiyi alış-veriş zamanı bu vergi güzəştlərindən…

ardını oxu...

“Azərsu” içməli sudan qeyri-qanuni istifadə halları qeydə alıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirədə içməli su sahəsində göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, israfçılıq və su itkilərinin qarşısının alınması barədə tapşırıqlarının icrası məqsədilə “Azərsu” ASC-də Tədbirlər Planı hazırlanıb və işlərə başlanıb. Bu məqsədlə xüsusi qruplar yaradılıb, həm Abşeron yarımadasında, həm də regionlarda nəzarət tədbirləri gücləndirilib. ASC-dən AZƏRTAC-a bildirilib ki, ilkin araşdırmalar içməli sudan qeyri-qanuni və uçotsuz istifadə hallarına daha çox Bakıətrafı qəsəbələrdə, əsasən həyət və bağ evlərində, həmçinin bəzi kommersiya obyektlərində rast gəlindiyini göstərir. Xəzər, Sabunçu, Suraxanı, Binəqədi, Abşeron rayonlarda, eləcə də bağ massivlərində su şəbəkələrinə…

ardını oxu...