Dövlət şirkət yaradır, dönərxanalar açacaq

Təxminən 7 kvadratmetrlik sahədə  amma bütün sanitar gigiyenik standartlara uyğun şəkildə dönərxanalar yaradılacaq. “Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində “Süfrə” MMC yaradılacaq”. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin qurumun əsas rolu qida təhlükəsizliyi standartlarını özündə əks etdirən pilot layihələri tədbiq etmək olacaq. O qeyd edib ki, belə pilot layihələrdən biri də minimum keyfiyyət təhlükəsizliyi tələblərini özündə əks etdirən dönərxanaların yaradılmasıdır: “Təxminən 7 kvadrat metrlik sahəni əhatə edən, amma bütün sanitar gigiyenik göstəricilərini beynəlxalq standartlara uyğun şəkildə özündə əks…

ardını oxu...

Prezident universitetlə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.  “Qafqazinfo”nun məlumatına görə, sərəncamda bildirilir ki, 2020-ci ilin noyabr ayında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Ölkənin qocaman ali təhsil müəssisələrindən biri kimi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti zəngin inkişaf yolu keçmiş, ötən müddət ərzində xeyli sayda peşəkar neftçi və mühəndis, eləcə də dünyanın onlarla ölkəsi üçün neft mühəndisi və elmi kadrlar hazırlamışdır. Respublikada uzun illər iqtisadiyyatın davamlı yüksəlişinə töhfələr vermiş bu elm və təhsil ocağı müstəqil…

ardını oxu...

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib

“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq status verilib. “Report” xəbər verir ki, bu barədə qərarı baş nazir Əli Əsədov imzalayıb. “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 19 yanvar tarixli Sərəncamının 3.3-cü bəndinin icrasını təmin etmək məqsədilə “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq statusu verilib. Dövlət Turizm Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

ardını oxu...

Ermənistan Azərbaycanın tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır – BƏYANAT

Son vaxtlar işğalçı Ermənistan və Dağlıq Qarabağdakı qeyri-qanuni rejim Azərbaycanın işğal olunmuş ərazilərindəki tarixi və mədəniyyət abidələrini “bərpa” etmək adı altında erməniləşdirmə siyasəti aparır. Bir müddət əvvəl Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” adlandıran rejim, indi də 18-ci əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa Qalasını “bərpa” etməyi planlaşdırır. KİV-lərin yaydığı məlumatlara görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur. Trend-in məlumatına görə, bu…

ardını oxu...

Böyük Qala küçəsində yeraltı hamam kompleksinin bərpası yekunlaşıb

Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. INSAATCI.AZ  AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov söyləyib. Onun sözlərinə görə, Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb. Qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən həyata keçirilib.

ardını oxu...

Əcnəbi tələbələr Qarabağlar Türbə Kompleksi ilə tanış olublar

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələr Kəngərli rayonunun Qarabağlar kəndində yerləşən Qarabağlar Türbə Kompleksi ilə tanış olublar. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, burada tələbələrə qədim tarixi abidə haqqında məlumat verilib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq türk-islam mədəniyyətinin nadir nümunələrindən olan Qarabağlar Türbə Kompleksi elmi və tarixi əsaslarla bərpa edilib. Qeyd olunub ki, Qarabağlar Türbə Kompleksi qoşa minarə və onları birləşdirən baştağ, xanəgah və türbədən…

ardını oxu...

Kəpənəkçidə Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək

Azərbaycanın xalq şairi, “Şöhrət” və Gürcüstanın “Şərəf” ordeni laureatı Zəlimxan Yaqubun anadan olduğu Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Bolnisi rayonunun Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evi tikiləcək. Axar.az xəbər verir ki, kənd ağsaqqalı, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov Azərtac-a Bolnisi rayon bələdiyyəsinin Kəpənəkçi kənd əhalisinin, eləcə də Zəlimxan sevənlərin müraciətinə müsbət cavab verdiyini bildirib. Bələdiyyə Kəpənəkçi kəndində Zəlimxan Yaqub adına Poeziya Evinin tikintisinə razılıq verib və torpaq sahəsi ayırıb. Onun sözlərinə görə, yaxın günlərdə yeni mədəniyyət ocağının eskiz layihəsi də təsdiq olunacaq və tezliklə tikintiyə başlanılacaq. Qeyd edək ki, yanvarın 23-də…

ardını oxu...

Almaniya jurnalı Azərbaycandakı alman irsi haqqında yazır

Almaniyanın “Mortimer Reisemagazin” jurnalında dərc edilən “Helenendorf – Azərbaycandakı alman irsi” adlı məqalədə 200 il öncə Azərbaycanda məskunlaşmış alman ailələrinin irsi haqqında məlumat verilir. Məqalədə XIX əsrin əvvəllərində almanların Azərbaycanda öz kaloniyalarını salmağa başladıqları və burada salınan ilk kaloniyanın Helenendorf (indiki Göygöl) adlandırıldığı bildirilir. Qısa müddətdən sonra bugünkü Şəmkirin yerində Annenfeld kaloniyasının qurulduğu diqqətə çatdırılır. Alman ailələrinin Azərbaycanda ümumilikdə səkkiz kaloniya (Helenendorf, Annensfeld, Qeorqfeld, Alekseyevka, Qrünfeld, Ayxenfeld, Traubenfeld və Yelizavetinka) saldıqları qeyd olunur. 2019-cu ildə Azərbaycanda alman məskənlərinin salınmasının təntənəli şəkildə qeyd edildiyi, Göygöl və Şəmkir rayonlarında bu münasibətlə tədbirlərin…

ardını oxu...

Memarlıq müsabiqəsində iştirak edərək dünyanı necə xilas etmək olar

Dayanıqlı inşaat üzrə 6-cı beynəlxalq LafargeHolcim Mükafatları müsabiqəsinə qeydiyyat üçün son gün 25 fevral 2020-ci ildir. Müsabiqəyə mütəxəssislər və gənc nəslin nümayəndələri dayanqlı inşaatla bağlı ideyalarını və fikirlərini təqdim edə bilərlər. Memarlıq, mühəndislik, şəhərsalma, materialşünaslıq, tikinti texnologiyası və müvafiq sahələrlə bağlı layihə və konsepsiyalara üstünlük verilir. LafargeHolcim Fondu tərəfindən təsis olunan bu əlamətdar müsabiqədə tanınmış və müstəqil mütəxəssislərdən ibarət xüsusi münsiflər heyəti var və seçim prosesi beş coğrafi ərazi üzrə paralel şəkildə baş tutur. Regional münsiflərə İsveçrənin (Avropa üzrə) “Karamuk Kuo Architects” şirkətindən Cenette Kuo, ABŞ-ın (Şimali Amerika üzrə) İllinoys…

ardını oxu...

Bakıda Rusiya Mətbuatı Günü qeyd edilib

Bakıda, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) jurnalistlərlə Rusiya Mətbuatı Gününə həsr olunmuş ənənəvi görüş keçirilib. AZƏRTAC xəbər verir ki, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov qonaqları salamlayıb. O, 2019-cu ildə “Rossotrudniçestvo” Agentliyinin və RİMM-in işini peşəkarcasına və obyektiv işıqlandırdıqlarına görə Azərbaycan və Rusiya jurnalistlərinə ürəkdən təşəkkür edib və bir sıra jurnalistlərə fəxri fərmanlar təqdim edib. V.Denisov deyib: “İyul və yanvar aylarında belə görüşlər keçirmək, onları Rusiyanın və Azərbaycanın peşəkar mətbuat bayramlarına həsr etmək artıq xoş ənənəyə çevrilib. Jurnalist peşəsi, eyni zamanda, həm maraqlı, həm də məsuliyyətli peşədir. İnsanlar sizə…

ardını oxu...