Yarım milyard avro qiyməti olan Eyfel qülləsi – Hitler onu partlatmaq əmri verib, general icra etməyib

Fransa mətbuatı pandemiya ilə əlaqədar uzun sürən fasilədən sonra paytaxt Parisin qapılarını yenidən turistlərə açacığı haqqında xəbərlər yayıb. Sözsüz ki, Fransaya səfər etməyi planlaşdıranlar ilk növbədə Parisdə yerləşən Eyfel qülləsini göz önünə gətirirlər. Eyfel qülləsi dünyada turistlər tərəfindən ən çox ziyarət olunan yer sayılır, həmçinin bu qüllənin qarşısında çəkilən şəkillərin sayı da rekord həddədir. Dünyanın marağını özünə cəlb edən Eyfel qülləsinin sirri nədədir? Bu qüllə haqqında nələri bilirik? Musavat.com Eyfel qülləsi haqqında ən maraqlı faktları təqdim edir. 1. Eyfel qülləsi bu möhtəşəm tikilinin müəllifi Qustavo Eyfelin adını daşıyır. 2. Eyfel…

ardını oxu...

Tarixçə – Müsəllim Həsənovun qeydləri

Müsəllim HƏSƏNOV Jurnalist Müsəllim Həsənovun Azərbaycan tarixinin ən müxtəlif dövrləri ilə bağlı son illər qələmə aldığı tədqiqat və araşdırmaları, tarixi sənədlər əsasında yazdığı ssenarilərə çəkilmiş filmlər, televiziya verilişləri istər oxucuların, istərsə də tamaşaçıların diqqətini çəkən ən yaddaqalan layihələrdəndir. Bu materiallar həm də tariximiz, ayrı-ayrı tarixi şəxsiyyətlərlə bağlı bir çox qaranlıq məqamlara işıq salınması baxımından zəruri və lazımlıdır. Müəllifin son vaxtlar öz Feysbuk səhifəsində “Bilirdinizmi” başlığı altında tarixin ən fərqli dönəmlərini əks etdirən tarixçə tipli yığcam paylaşmaları isə sosial şəbəkə istifadəçiləri tərəfindən xüsusi maraqla izlənilir.Bu diqqət və marağa güvənərək həmin yazıları…

ardını oxu...

Stalin, Çörçill və Ruzvelti xilas etmiş şəxs – Əfsanəvi azərbaycanlı kəşfiyyatçı haqqında kitab

Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə rus dilində “Azərbaycanlı kəşfiyyatçı və “Tehran-43″ konfransı” kitabı işıq üzü görüb. Milli.Az Trend-ə istinadən xəbər verir ki, kitab əfsanəvi azərbaycanlı kəşfiyyatçı Məmmədhüseyn Əsədov, onun həyat yolu, peşəkarlığı və Böyük Vətən Müharibəsindəki qəhrəmanlaqlarından bəhs edir. Kitabın müəllifləri Milli Məclisin deputatı Arzu Nağıyev və “Alyans” Xüsusi Xidmət Orqanları Veteranları İctimai Birliyinin sədr müavini Azər Qarayevdir. Məmmədhüseyn Xudadat oğlu Əsədov 1899-cu ildə anadan olub. 19 yaşı tamam olanda Qırmızı Ordunun xüsusi təyinatlı hissələrinin birində xidmətə başlayıb. Böyük Vətən Müharibəsi başlayanda Baş Kəşfiyyat İdarəsi M.Əsədovu İrana ezamiyyətə göndərib.…

ardını oxu...

“Həsən bəyin qızı gələnləri qapıdan qovdu” – Zərdabinin həyatı, övladları…

Teleqraf.com saytının “Brifinq” layihəsinin növbəti qonağı “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlıdır. Qurban Yaquboğlu: Həsən bəy Zərdabinin xüsusilə tərcümeyi-halı ilə bağlı qaranlıq, açılmamış, yaxud ictimailəşməmiş bir sıra məsələlər var. İstərdik, bu məsələlərdən başlayaq və “Zərdabi kimdir” sualına qısaca cavab tapmağa çalışaq. – Çox maraqlı mövzudur. Təbii ki, Həsən bəy Zərdabi unikal şəxsiyyətdir. O, böyük azərbaycanlıdır. Biz onu gördüyü işlərə, göstərdiyi fəaliyyətə əsaslanıb böyük azərbaycanlı adlandırırıq. Əlbəttə, Həsən bəy Zərdabinin şəxsiyyəti, onun fəaliyyəti ilə bağlı sovet dönəmində çox ciddi şəkildə məşğul olublar. Sovet dönəminin də təbii ki, özünün…

ardını oxu...

Bu 3 orqanın sağlam deyilsə, qazancın və işin az olacaq – İlginc bağlılıq

Bütün psixoloqlar və kouçinqlər deyir ki, beynində, başında hər şey qaydasındadırsa, yaxşı düşündükcə, o zaman həyatında uğur və yaxşı qazanc, iş əldə edəcəksən. Amma bir çoxları bu məsləhətə əməl etməyə çalışır, yenə də problemləri bitmir. Pul gəlmir,gəldiyi kimi də gedir. Səbəb daxili orqanların düzgün işləməməsi və xəstə olmasıdır, xüsusən 3 orqan. Çünki bu orqanlar beyinə təsir edir, insanın əhvalı, davranışı, fikirlərini və bundan qaynaqlanaraq enerjisini təmin edir. Milli.Az medicina.az-a istinadən bildirir ki, bu 3 orqan qaraciyər, ağciyərlər və öd kisəsidir. Bu orqanlar təkcə həzm sistemi üçün yox, elektrik, energetik, və psixo…

ardını oxu...

1904-cü ilin vəba “təcrübəsi”, “qubernator dəyənəyi” və… bu günümüz- Müsəllim Həsənov yazır

Tanınmış jurnalist Müsəllim Həsənov ölkədə koronavirusla bağlı aparılan maarifləndirmə işinə bəzi hallarda laqeyd yanaşılmasına öz münasibətini maraqlı bir yazı ilə ifadə edib. Azpost.info yazını oxucularına təqdim edir: …Daxili İşlər Nazirinin müavini iyunun 21-də teleqrmla xəbər verib ki, Həmədan vilayətində, Tehran və Qum (!) şəhərlərində vəba xəstəliyinin yayıldığını nəzərə alaraq Xəzərin biz tərəfki sahillərində və Zaqafqaziyanın İranla sərhəd hissələrində sanitar-icra komissiyaları yaradılmalıdır. İrandan bizim limanlara gələn gəmilər diqqətlə yoxlanmalıdır. Bu təlimat təzə deyil. Bu təlimat Bakıya 1904-cü ilin iyun ayında Qafqazin ali mülki rəisinin (Qafqaz canişininin) imzası ilə göndərilmişdi… Epidemiyanın yayılmasının qarşısını…

ardını oxu...

120 yaşa qədər sağlam yaşamağın yolları – Məşhur alim SİRLƏRİ AÇDI

Dünyaca məşhur gerontoloq, biologiya elmləri doktoru, Moskva Fizika İnstitutunun ömür müddəti və yaşlanma genetikası laboratoriyasının müdiri, Komi Biologiya İnstitutunun laboratoriya müdiri və Sıktıvkar Dövlət Universitetinin Ekologiya şöbəsinin müdiri – Aleksey Moskalevin sözlərinə görə, yaxın gələcəkdə orta statistik insan ömrü 120 yaşa çatacaq. Ekspert qeyd edib ki, son 100 ildə insan ömrü demək olar ki, iki dəfə artıb.   INSAATCI.AZ Publika.az-a istinadən xəbər verir ki, yaşlanma genetikası və ömür uzunluğu sahəsində 80-dən çox elmi məqalə və kitabın müəllifi olan alim bunun əsasən uşaq ölümünün azalması ilə əlaqəli olduğunu söyləyib: “XX əsrin əvvəllərində ölümün əsas səbəbləri…

ardını oxu...

Ölümdən sonra həyat var? – 900 nəfəri 20 dəqiqə öldürüb diriltdilər

Almaniyalı həkim və psixoloqlar ölümdən sonra həyatın olması qənaətinə gəliblər. Lent.az xarici mediaya istinadla xəbər verir ki, tibb professorları ölümün bir addımlığında qalan xəstələr üzərində aparılan araşdırma zamanı bu nəticəyə gəliblər. Həmin xəstələr 20 dəqiqə ölü vəziyyətdə qaldıqdan sonra həyata geri qaytarılıblar. Araşdırma könüllü qatılan 900 adam arasında 4 il davam edib. Bu zaman “epinefrin” və “dimethytryptamine” dərmanlarından da birgə istifadə olunub. Həmin dərmanların ölümlə yenidən canlanma arasında bədəni qoruduğu bildirilir. Xəstələr əvvəlcə kliniki ölüm, sonra koma vəziyyətinə gətiriliblər. Araşdırmada iştirak edən könüllülərin xatırladıqları şeylər kiçik fərqlər istisna edilməklə hamısı eynilik…

ardını oxu...

Kosmosa ilk göndərilən canlılar

 Məşhur inancın əksinə kosmosa göndərilən ilk canlı insan olmayıb. Milli.Az ted.az-a istinadən bildirir ki, dünyada orbitə çıxarılan ilk canlı varlıq 1957-ci ildə Layka adlı 2 yaşlı it olub. Layka Sovet süni peyki Sputnik 2 ilə kosmosa buraxılıb, lakin missiyanı diri olaraq başa çatdıra bilməyib və kosmik macəranın ilk qurbanı olub. Kosmik səyahətdən diri gələn ilk heyvanlar 1960-cı ildə Sputnik 5 ilə kosmosa göndərilən Belka və Strelka olub. Kosmosun ilk qonaqları arasında şimpanze də olub. Amerikanın ilk “astro-şimpanze”si Ham banan mükafatı üçün Merkuriyə göndərilib. 16 dəqiqə 39 saniyə kosmosda qalan Ham sağ…

ardını oxu...

Arzuları reallaşdırmağın 10 QAYDASI

Həyatın istənilən mərhələsində nələrsə xəyal edirik. Ən sadədən qlobala qədər. Böyük arzuları reallaşdırmaq daha çox güc və enerji tələb edir. Bəs niyə başqaları arzularını asanlıqla həyata keçirə bilir? Xəyalın gerçəkləşməsi üçün hansı addımlar atılmalıdır? Publika.az bu yazıda oxucuları xəyalları gerçəkləşdirməyə gedən yolda qarşıya çıxan maneələri dəf etməyə kömək edən üsullarla tanış edib. İstəklər demək olar ki, oxşardır: əsl sevgini tapmaq, ailə və övlad sahibi olmaq; sağlam olmaq; normal maaşlı iş tapmaq;rahat şəraitdə yaşamaq; səyahət və s. Kimsə inadla hədəfə doğru irəliləyir, kimisi özünü sadalananlara layiq görmədiyi üçün arzularından imtina edir. Amma…

ardını oxu...