İLKİN ADIYEV: “ Canlı efirdə xəbəri oxuyanda səsim tutulub, amma vəziyyətdən elə çıxmışam ki, tamaşaçı hiss etməyib” … – MÜSAHİBƏ

“INSAATCI.AZ”  saytının  budəfəki qonağı tanınmış telejurnalist İlkin Adıyevdir. Onu efirdən hamımız tanıyırıq, amma gəlin, bir az da şəxsi motivdə tanıyaq. – İlkin bəy,  jurnalistikaya gəlişiniz necə olub? – Jurnalistikaya uşaq vaxtlarımdan həvəsim olub. Amma valideyinlərimin istəyi ilə müəllimlik peşəsinə yiyələndim. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika və medodika fakültəsinə qəbul oldum. 2007-ci ildə buranı bitirən kimi müəllimlik fəaliyyətinə başladım. 2015-ci ildən AZƏRTAC-la ( Azərbaycan Dövlət İnformasiya Agentliyi) əməkdaşlığa başladım. Burada yazılarım və videolarım dərc olundu. –  Tələbəlik illəriniz necə keçib? –  Həyatımın ən maraqlı illəridi tələbəllik illəri. Həyat yoldaşımla da məhz institutda oxuyarkən tanış…

ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Dünya İqtisadi Forumu çərçivəsində Davosda Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibə verib. “Rossiya-1” və “Rossiya-24” kanalları dövlətimizin başçısının müsahibəsini yayımlayıb. AZƏRTAC “Rossiya-24” televiziya kanalında yayımlanan müsahibəni təqdim edir. Aparıcı: “OPEK+” bu gün neftin ədalətli qiymətini müəyyənləşdirməyə kömək edən çoxtərəfli əməkdaşlığın uğurlu formatıdır. Neft bazarının iştirakçıları arasındakı sövdələşmə öz səmərəsini göstərdi. Onu uzatmaq gərəkdir. Bu fikirləri kanalımıza müsahibədə Davos Forumunun kuluarlarında Azərbaycan Prezidenti İlham Əliyev söyləyib. -Yaxın Şərqdə müşahidə olunan gərginlik nəzərə alınmaqla bu il neftin qiymətinin hansı dinamikasını gözləmək olar? -Proqnoz vermək çətindir. Düşünürəm ki, qiymətlərin…

ardını oxu...

Əfəndi İsmiyev: “Biz hər bir obyekti monoton bir tikili yox, gözoxşayan bir abidə və sənət əsəri kimi görmək istəyirik”

Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri, Respublikanın Əməkdar Mühəndisi Əfəndi Hacımurad oğlu İsmiyevlə müsahibə  Onun keçdiyi ömür yolu bu gün nəinki Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” Açıq Səhmdar Cəmiyyətinin kollektivinin, eləcə də ölkənin tikinti sahəsində çalışan bütün inşaatçıların hər biri üçün əsil nümunə və örnək ola bilər. Bu son illərdə “EVRASCON” Açıq Səhmdar Cəmiyyətində, respublikamızda və onun hüdudlarından kənarda Əfəndi müəllimin rəhbərliyi altında çox böyük işlər görülüb. Əfəndi müəllim ancaq özünə məxsus olan xüsusi rəhbərliketmə və idarəçilik prinsipləri ilə, fərdi yanaşmasıyla rəhbərlə işçi arasında dost kimi, təcrübəli…

ardını oxu...

Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Azərbaycanın bu mötəbər toplantıda ali səviyyədə iştirakı ölkəmizin qlobal təqdimatıdır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya İqtisadi Forumunun gündəliyi və Azərbaycanın bu toplantıda yüksək səviyyədə təmsil olunmasının əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib. – Bu il Davosda steykholder kapitalizmi əsas trendə çevrildi. Xahiş edirik ki, bunun mahiyyətini izah edəsiniz? – Dünya səhmdar kapitalizmindən steykholder kapitalizminə keçir. Səhmdar kapitalizmi dedikdə, səhmdarlardan kapital toplayan məhdud məsuliyyətli təşkilatın əsas olduğu iqtisadi sistem…

ardını oxu...

Tikinti sahəsində ilk Fəxri “Əməkdar İnşaatçı” adını alan Azərbaycanlı qadın

Keçmişdə cəhalət  içində yaşayan Azərbaycan qadını zaman- zaman qapalı həyat keçirsə də, çadra zülmətinə düşsə də tikmək, qurmaq, yaratmaq kimi şərəfli bir işə biganə qalmamış, özlərinin zövqü ilə tikililərə yar-yaraşıq vermişlər. Onların eşqi şərəfinə möhtəşəm qalalar, qəsrlər, abidələr ucaldılmışdır. Ölkəmizin müxtəlif guşələrində tikilən möhtəşəm binalar, mədəniyyət abidələri, tarixi türbələr bir daha fikrimizi təsdiqləyir. Təkcə Qız qalası, Möminə Xatun, Nüşabə türbələri, Xan qızı Kəhrizini… göz önünə gətirmək, ölməz Nizaminin yaratdığı məşhur əsərdə Şirinin öz məşuqu Fərhadı Bisütun dağını yarmağa vadar etməsini yada salmaq kifayətdir. Yeri gəlmişkən onu da qeyd edək ki,…

ardını oxu...

Əbülfəs Qarayev: “Qloballaşma dövründə mədəniyyətə təsir formaları da müasirləşib”

MƏDƏNİYYƏT NAZİRİ ƏBÜLFƏS QARAYEVİN APA-ya MÜSAHİBƏSİ   – 2019-cu ili geridə qoymaqdayıq. Bu il ölkənin mədəni həyatında bir sıra əlamətdar hadisələr baş verdi. Lap əvvəl Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəniyyət xadimləri ilə görüşü oldu və o görüşdə bir sıra məsələlər qaldırıldı. Həmin məsələlərdən hansılar öz həllini tapdı, hansılar həll edilməmiş qaldı? – Bu il həqiqətən çox gərgin və maraqlı bir il oldu. İlk olaraq yanvarın 15-də cənab Prezidentin mədəniyyət sahəsində islahatlarla bağlı sərəncamı çıxdı. Bu sərəncam əsasında komissiya yaradıldı. Deməliyəm ki, ilin çox hissəsini Mədəniyyət Nazirliyi…

ardını oxu...