Samir Nuriyev sədr seçildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Sentyabrın 15-də  Azərbaycan  Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib. Komissiyanın sədri Samir Nuriyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası…

ardını oxu...

Prezident Əmircanda məktəb açılışında – Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində Milli Qəhrəman Albert Aqarunovun adını daşıyan 154 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib. İNSAATCİ.AZ  xəbər verir ki, dövlətimizin başçısı Milli Qəhrəman, cəsur tankçı Albert Aqarunovun məktəbin həyətindəki büstünün önünə gül dəstəsi qoyub. Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə bu təhsil ocağı haqqında məlumat verildi. Bildirildi ki, məktəbin əvvəlki binası 1936-cı ildə inşa edilmişdi. Məktəbin 460 şagird yerlik binasında 22 sinif otağı var idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək yerində 58 sinif otağından ibarət 960 şagird yerlik müasir…

ardını oxu...

İlham Əliyev sərəncam imzaladı

Prezident İlham Əliyev Quba rayonunun Susay–Xınalıq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzlaayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Səkkiz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Susay–Xınalıq avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşunun (investisiya xərclərinin) bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,1 milyon (iyirmi milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan…

ardını oxu...

Prezident Peşə Təhsil Mərkəzinin açılışında – Foto

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. INSAATCI.AZ  xəbər verir ki, dövlətimizin başçısı mərkəzdə yaradılan şəraitlə tanış oldu. İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov Prezident İlham Əliyevə Təhsil Mərkəzi barədə məlumat verdilər. Bildirildi ki, Peşə Təhsil Mərkəzinin binası 500 tələbənin təhsil alması üçün nəzərdə tutulub. Mərkəzin binası 6 korpusdan ibarətdir. Korpuslarda 23 tədris otağı, 13 laboratoriya, 154 nəfərlik akt zalı, 184 nəfərlik yeməkxana, kitabxana, kompüter otağı, idman zalı və…

ardını oxu...

Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, bu yerüstü piyada keçidi tikilərkən ətrafdakı yaşayış massivi, məktəbin mövcudluğu, insanların daha çox yolun bu hissəsindən istifadəsi və digər amillər nəzərə alınıb. Keçid Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində inşa edilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov keçidin texniki-iqtisadi göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, keçidin ümumi uzunluğu panduslarla birlikdə 180 metrdir. Üç dayaq üzərində torşəkilli…

ardını oxu...

PREZİDENT MƏMURLARA SƏRT XƏBƏRDARLIQ ETDİ:”Bəzi məmurları hesab edir ki, onlara hansısa xüsusi imtiyaz verilib”

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib.   Strateq.az xəbər verir ki, dövlətimizin başçısı videoqəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı -Bu gün siz Biləsuvar və Saatlı rayonlarına icra başçıları vəzifəsinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Əminəm ki, siz bu etimadı öz işinizlə doğruldacaqsınız. İlk növbədə, rayonlarda vəziyyət düzgün təhlil edilməlidir, mövcud olan nöqsanlar, çatışmazlıqlar araşdırılmalıdır. İnsanları narahat edən problemlər öz həllini tapmalıdır. Əgər hansısa problem rayon səviyyəsində öz…

ardını oxu...

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Dövlətimizin başçısı Türkiyənin Qara dənizdə böyük təbii qaz yatağı kəşf etməsi münasibətilə təbriklərini çatdırıb, bu önəmli hadisənin dost və qardaş Türkiyə xalqının rifah halının daha da yaxşılaşdırılması və ölkənin iqtisadi gücünün daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əmin olduğunu bildirib. Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə artıq beynəlxalq qaz mərkəzlərindən birinə çevrilib və Azərbaycan Türkiyənin uğurlarına öz uğurları kimi sevinir. Rəcəb Tayyib Ərdoğan göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz…

ardını oxu...

İlham Əliyev 330/220/110 kilovoltluq “Qobu” elektrik yarımstansiyasının tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub. Dövlətimizin başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub. “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına məlumat verdi ki, 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının inşası uğurla gedir. Hasil olunan elektrik enerjisinin enerjisistemə ötürülməsi, Bakının və Abşeron yarımadasının elektrik enerjisi təchizatında 500/330/220 kilovoltluq “Abşeron” yarımstansiyasından asılılığın aradan qaldırılması, istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi təchizatının təmin edilməsi, respublika ərazisində 330 kilovoltluq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün bu yarımstansiya…

ardını oxu...

“ASAN müraciət” informasiya sistemi yaradılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev “ASAN müraciət” informasiya sistemi yaradılması ilə bağlı sərəncam imzalayıb.  İNSAATCİ.AZ xəbər verir ki, sərəncamda deyilir: 1. İctimai xarakter daşıyan kommunal, yol və nəqliyyat problemləri, infrastrukturun cari təmiri, abadlaşdırılması və təmizliyi ilə bağlı şikayətlərin elektron xəritə üzərində qeyd edilməklə operativ surətdə aidiyyəti dövlət qurumlarına göndərilməsini və həmin şikayətlərə baxılmanın nəticələrinin izlənilməsini təmin edən “ASAN müraciət” informasiya sistemi yaradılsın. 2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN müraciət” informasiya sisteminin operatoru müəyyən edilsin. 3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar…

ardını oxu...

Prezident 3 sərəncam imzaladı

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq artisti Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Zaqatala rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir:…

ardını oxu...