QABAQDANGƏLMİŞLİK (“İnşaatçı” qəzeti, 02 avqust 1989-cu il)

Telman ƏLİYEV, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, inşaat fakültəsinin dekan müavini “…Ermənilərə bütün həqiqəti onların üzünə deməyə kişiliyi çatan, cəsarətli, fədakar satiriklər lazımdır”. V.L.Veliçko (1904-cü il). Cəmiyyət hadisələrini dərk etmək çətindir. Çünki təbiət kələksiz, manevrsiz sirrini saxlayır. Cəmiyyətdə isə obyektivlə subyektiv qovuşur, dərketmə çətinləşir. Cəmiyyətdə baş verən hadisələrin qanunauyğunluğu subyekt tərəfindən dolaşdırılır, pərdələnir. Elə bil ki, müharibə edən iki tərəfdən biri o birinə kələk gəlib bomba əvəzinə qorxunc səs çıxaran boş çəllək tullayır. Təbiətdə isə yalan, manevr olmur. Çoxları üçün müəmmaya çevrilmiş “Qarabağ problemi” də inandırıcı görünürdü. Ancaq Çerçilin xoşladığı bir…

ardını oxu...

ŞOVİNİST NUYKİNİN KİNLİ “GÜNDƏLİYİ (“İnşaatçı” qəzeti, 23 noyabr 1991-ci il.)

Telman ƏLİYEV, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, dekan müavini, Sovet Sülh Fondunun üzvü Hörmətli oxucular! Mən üzümü Nuykinə tutub yazmıram. O kimdir ki?! Biz belə kinli nuykinləri, sərxoş şovinistləri çox görmüşük. Mən heç “İzvestiya” qəzetinin redaksiya heyətinə də üzümü tutmuram. “İzvestiya”nın ömrü boyu yazdıqlarını yan-yana qoysan, onun simasız qəzetlərdən biri olduğu görünər. Stalini, Xruşşovu, Brejnevi… göylərə qaldıran “İzvestiya” onlar vəzifədən gedən kimi dallarınca danışmadımı? İnd idə Leninə əl qatmayıbmı? Bu qəzet illər boyu SSRİ Ali Sovetinin qəzeti olduğunu fəxrlə sinəsinə yazırdı. İndi isə ağasından üz döndərən qul bolşevik kimi sahibsiz…

ardını oxu...

ERMƏNİ MİLLƏTÇİLİYİ VƏ YAXUD KİÇİYİN BÖYÜKLÜK İDDİASI (“İnşaatçı” qəzeti, avqust – sentyabr 1991-ci il)

Telman ƏLİYEV, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, dekan müavini, Sovet Sülh Fondunun üzvü 1. Hansı xalq genosidə məruz qalmışdır? Qaçqını qəbul etməkdə Azərbaycanla müqayisə edilə biləcək ikinci ölkə Türkiyədir. Bu yaxınlarda yəhudilərin mətbuatında çap olunmuş bir yazısını oxudum. Onlar ermənilərin uydurduğu genosidə etirazlarını bildirərək yazırdılar ki, əsl genosidə məruz qalan yeganə xalq yəhudilərdir. Həm də onlar türklərin 500 il əvvəl yəhudiləri ispanların törətdikləri genosid zamanı xilas etdiklərini, onlara sığınacaq verdiklərini minnətdarlıqla yazırdılar. Yeri gəlmişkən deyim ki, 500 il öncə Türkiyə dövləti İspaniya və Portuqaliyada genosidə məruz qalmış 380 min yəhudi…

ardını oxu...

HƏQİQƏT BİR OLAR (“İnşaatçı” qəzeti, 3 dekabr 1988-ci il.)

Telman ƏLİYEV, Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun dosenti, dekan müavini, Sovet Sülh Fondunun üzvü Aylardan bəridir ki, ölkə DQMV-nin uydurma problemləri ilə məşğuldur. Millətçi erməni ekstremistlərinin dövlət siyasəti səviyyəsinə qaldırdıqları ərazi iddiasının əsassızlığı siyasi aksiomdur və bu barədə qeydlərimi qısa olsun deyə, tezislər şəklində vermək istəyirəm. 1 Ermənilərin Dağlıq Qarabağa və ümumən Zaqafqaziyaya kütləvi surətdə köçürülmələri saysız-hesabsız mənbələrdə verilmişdir. Xüsusilə bu barədə rus mənbələri tutarlı, danılmaz faktlarla zəngindir. Onlardan ikisini göstərək. Birinci mənbə. A.S.Qriboyedov 1828-ci ildə rus çarına yazdığı qeyddə (“Ermənilərin fars ölkəsindən (İrandan – T.Ə.) bizim vilayətlərə köçürülməsi haqqında qeydlər”.…

ardını oxu...

İLHAM ƏLİYEV PAŞİNYANLA PANELDƏ: “Hesab edirlər ki, bu torpaqları həmişəlik saxlaya bilərlər. Heç vaxt!” + FOTOLAR

Prezidentin köməkçisi Hikmət Hacıyev “Twitter” səhifəsində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Münxen təhlükəsizlik konfransı çərçivəsində baş tutan görüş haqda daha bir açıqlama verib. Onun sözlərinə görə, paneldə Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyib ki, ermənilər işğal olunmuş torpaqlarımızda bütün azərbaycanlıları etnik təmizləməyə məruz qoyublar: “Onlar işğal altındakı torpaqlarda mədəni irsimizi məhv ediblər. Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi yoxdur. Ermənistanın bütün liderləri mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Azərbaycanlı məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalıdırlar. İşğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistan əsgərləridir. Onlar hesab edirlər ki,…

ardını oxu...

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Niderland Krallığının Azərbaycandakı səfirini qəbul edib

06 fevral 2020-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Onno Kerversi qəbul edib. Görüşdə Azərbaycan Respublikasının və Niderland Krallığının aidiyyəti təşkilatları arasında şəhərsalmanın planlaşdırılması və şəhər infrastrukturunun təkmilləşdirilməsi sahəsində son illər ərzində formalaşmış əməkdaşlığın inkişaf etdirilməsi imkanları, bu sahədə birgə reallaşdırılla biləcək layihələr barədə ətraflı fikir mübadiləsi aparılmışdır.

ardını oxu...

“30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik” – BMT Qarabağ icmasının bəyanatını rəsmi sənəd kimi yaydı

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı bəyanatı BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Bu barədə icmadan insaatci.az-a verilən məlumata görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının həmin bəyanatında deyilir: “Biz, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən və digər işğal olunmuş rayonlarından olan məcburi köçkünlər 30 ilə yaxındır ki, erməni təcavüzündən əziyyət çəkirik. 1988-ci ildə başlayan bizə qarşı etnik təmizləmə siyasəti nəticəsində Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edib. Bu zaman 700 mindən çox azərbaycanlı ata-baba yurdundan didərgin düşüb. Torpaqlarımızın işğalı zamanı…

ardını oxu...

Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi ev tikinti şirkətinə satılıb? – Açıqlama + FOTOLAR

 Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib. insaatci.az xəbər verir ki, bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib. Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, və sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir…

ardını oxu...

Bu qəzetlərə dövlətdən yardım ayrıldı – SİYAHI

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Mia.az KİVDF-yə istinadla bildirir ki, iclasda 3 kateqoriya üzrə aşağıdakı qəzetlərin maliyyələşməsi haqda qərar verilib: I kateqoriya – son 3 ildə müntəzəm nəşr olunan, tirajı 3000 nüsxədən, satış və abunəsinin cəmi 2000 nüsxədən, müsabiqə elan edilən günədək səhifələrinin sayı 16-dan (A3, B2 formatda) az olmayan gündəlik (həftədə 5 dəfədən az olmayaraq çap olunan) ictimai-siyasi qəzetlər № Qəzetin adı Ayrılmış aylıq vəsait (manatla) “Yeni Azərbaycan” qəzeti 20000 “Bakı-Xəbər” qəzeti 20000 “Yeni Müsavat” qəzeti 20000 “Səs”…

ardını oxu...

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan gənclərini təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”

ardını oxu...