Hövsanda yeni yaşayış kompleksi tikiləcək

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus “MİDA” MMC Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərbində 18,8 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin layihəsinin hazırlanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. Modern.az vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Layihə İnstitutudur (“Azərdövlətlayihə”). Qalib şirkətə 637,6 min manat ödəniləcək.

ardını oxu...

MİDA:”Sentyabrın 14-də güzəştli mənzillərin növbəti seçimi başlayacaq”

Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27,2 saylı binası üzrə 96,3 saylı binası üzrə 242 və 4 saylı binası üzrə 137 mənzilin, ümumilikdə 502 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesi və mənzillərin seçimi başa çatdırılıb. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) Strateq.az-a verilən məlumata görə, satışa çıxarılan 502 mənzilin seçimi “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” elektron sistemi vasitəsilə həyata keçirilib. “Güzəştli mənzil” sistemində elektron kabinet əldə edən şəxslərin sayı 15 453 nəfərdir. “Bugünkü satış zamanı 502 mənzilin seçimində iştirak edənlərin…

ardını oxu...

Bəhrəmtəpə-Biləsuvar avtomobil yolu yenidən qurulub

Ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Çünki keyfiyyətli yollar bölgədə təkcə turizm üçün deyil eyni zamanda kənd təsərrüfatı və digər sahələrin inkişafı üçün də təkan verir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, yenidən qurulmasının bu il yekunlaşması nəzərdə tutulan yollardan daha biri, respublika əhəmiyyətli Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun təmiri artıq yekunlaşıb. Dövlət başçısının fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keçdiyi bölgədə xüsusi əhəmiyyətə malik Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunun bərpası layihəsi uğurla sona…

ardını oxu...

Tarixi ənənələr məntiqi ardıcıllıqla, dövrümüzün reallıqları və çağırışları nəzərə alınmaqla davam etdirilir…

Aktual söhbət  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa nəzarəti altında son illər ərzində paytaxt Bakı və ölkənin digər şəhərlərində böyük quruculuq və abadlaşdırma işləri aparılır, xalqın tarixi-memarlıq irsinin qorunmasına xüsusi diqqət ayrılır, şəhər infrastrukturu təkmilləşdirilir, yeni möhtəşəm binalar, parklar, yaşayış kompleksləri, biznes mərkəzləri, otellər istifadəyə verilir. Ölkə başçısı tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında qoyulmuş əsas vəzifələrdən biri şəhərlərimizin gələcək səmərəli inkişafını təmin etmək məqsədilə şəhərsalmanın planlı və sistemli aparılması, əsas ərazi planlaşdırılması sənədlərinin aparıcı dünya təcrübəsi nəzərə alınaraq hazırlanmasıdır.…

ardını oxu...

Bakıda daha bir dairəvi yol ləğv edildi

Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib: “Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib, ərazidə müvafiq yol nişanları quraşdırılıb. Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək.…

ardını oxu...

Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir

 Prezident İlham Əliyevin tapşırığına əsasən bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda olmaqla ən azı 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Nazirlikdən Modern.az-a bildirilib ki, cari ilin ötən dövründə artıq 554 mənzil qeyd edilən kateqoriyalardan olan vətəndaşlara təqdim edilib. İlin sonuna qədər yeni yaşayış binalarından alınmaqla daha 200-dən çox mənzilin və  800 fərdi yaşayış evinin şəhid ailələrinə və müharibə əlillərinə verilməsi nəzərdə tutulub. Hazırda həmin fərdi evlərin inşası işləri aparılır. Onlardan bir hissəsinin tikintisi artıq yekunlaşmaq üzrədir, yaxın bir ay…

ardını oxu...

Zəhmət dolu 60 il…

Təbrik edirik! Çıraqov Nizami Qəfər oğlu – 60 Ölkə inşaatında uzun illər vicdanlı və məsuliyyətli əmək sərgiləyən yüzlərlə layihəçi, memar, inşaatçı-mühəndis və tikinti sektorunda təmsil olunan rəhbər kadrlar haqqında “İnşaatçı”nın səhifələrində yüzlərlə rəngarəng yazılarla çıxış etmişəm. Ancaq aralarında elələri də var ki, staylı və təcrübəli, böyük xidmətləri olsa da onlar kölgədə qalıblar, onları tanımamışam. Bunun əsas səbəbi isə onların qəzet-jurnaldan uzaq durmaları, reklamı sevməmələri olub. Və bir də yüksək təvazökarlıq hissi onların qarşısında səddə çevrilib. Təbbi ki, təvazökarlıq ən üstün insani keyfiyyətlərdən olsa da bunun da bir həddi olmalıdır. Çalışdığın…

ardını oxu...

Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 75,4 faizi sənaye və tikinti sahəsinə sərf olunub

Bu ilin yanvar-may aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 54,4 faizi sənaye, 21 faizi isə tikinti sahələrinə sərf olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövrdə ümumi vəsaitin 12,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 1,9 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə, sosial təminat, 1,1 faizi informasiya və rabitə, 1 faizi təhsil, 0,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 0,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, hər birində 0,4 faiz olmaqla ticarət, nəqliyyat vasitələrinin təmiri,…

ardını oxu...

İNSANLARA SEVGİ DOLU ÜRƏK SAHİBİ

Seyfəddin Ağayev – 65 Ölkənin tikinti sahəsində çoxillik iş stajına malik elə inşaatçı-mühəndislər vardır ki, onlar 45-50 ildir ki, tikintinin müxtəlif sahələrində çalışır və sözün əsl mənasında tikdikləri ilə böyük tarix yaradır və bu gün də ölkə inşaatında aparıcı mövqelərdə dayanaraq tikir, qurur, özlərindən sonrakı gənc inşaatçılar nəslinə nümunə göstərir, müəllimlik edirlər. Belələri tikintinin bütün istiqamətlərində var – sosial tikintidə də, sənaye, metro, yol, su və energetika tikintilərində də yetərincə çoxdurlar. Onlardan biri haqqında – hardasa 50 ilə yaxın tikintidə can qoyan, bütün həyatı, yaşam tərzi ilə tikintiyə bağlı olan…

ardını oxu...

Zamanın fövqündə dayanan ön və arxa cəbhənin qəhrəmanı

Böyük qələbə – 75 (Bu günkü gənc nəslə örnək ola biləcək zəngin ömür yolu ilə əsrlərlə yaşamaq haqqı qazanmış Qurban Camal oğlu Sultanovun 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsindəki qəhrəmanlıq səhifələrini vərəqləyərkən) Həyatın çətin sınaqlarından keçmiş, yalnız öz qətiyyəti, iradəsi və əzmi ilə özünü təsdiq etmiş kişilər hər zaman olub və onlar hansı dövrdə yaşamasından, hansı millətə mənsub olmağından asılı olmayaraq ən yüksək ehtirama layiqdirlər. Belə şəxsiyyətlərdən biri də tanınmış azərbaycanlı, həyat yolunu sadə inşaatçılıq, mühəndislik sənətindən başlayaraq, Böyük Vətən müharibəsinin odlu-alovlu illərindən qəhrəman kimi çıxmış, sonradan Azərbaycan Respublikasının Sənaye Tikinti…

ardını oxu...