Erməni bloger üsyan etdi: “Bizə Qarabağ lazım deyil, dayandırın bu oyunu!”

 Ermənistanın tanınmış blogeri İşxan Verdiyan Ermənistan rəhbərliyinə müraciət edib.

KONKRET.az erməni mediasına istinadla xəbər verir ki, bloger narahatlığını gizlətməyərək həyəcanla Azərbaycanla növbəti müharibənin onların sonu olacağını vurğulayıb.

“Yeni bir müharibədə nəinki Qarabağı, həm də Zəngəzuru itirəcəyik. Biz həyatımızı qorumalıyıq. Mən  ermənilərlə Yerevanda sorğu keçirmişəm. Heç kim Qarabağı istəmir. Nikol Paşinyan, sənin seçicilərinin heç birinə Qarabağ lazım deyil”, – deyə bildirib.

O, Ermənistan hökumətini tez bir zamanda Azərbaycanın ərazi bütövlüyünü tanımağa və delimitasiya-demarkasiya məsələsini tamamlamağa çağırıb.

“Rusiyada kim ki deyir ki, Qarabağ Ermənistanındır, o, öz prezidentinə qarşı çıxır, çünki Putin dəfələrlə vurğulayıb ki, Qarabağ Azərbaycanındır. Mən həmişə demişəm ki, Qarabağ Azərbaycanındır. Nə qədər adam qırmalısınız ki, tanıyasınız Azərbaycanın ərazi bütövlüyünü? Bütün dünya tanıyır, siz də bilirsiniz, niyə tanımırsınız? Tanıyın, qurtarın bu müharibə söhbətini, qırmayın bu cavanları! Qarabağ Ermənistanın deyil, Qarabağ Azərbaycanındır!”- deyə qeyd edib.

Oxşar xəbərlər

Leave a Comment