ERMƏNİ MİLLƏTÇİLİYİ VƏ YAXUD KİÇİYİN BÖYÜKLÜK İDDİASI (“İnşaatçı” qəzeti, avqust – sentyabr 1991-ci il)

Telman ƏLİYEV,

Azərbaycan İnşaat Mühəndisləri

İnstitutunun dosenti, dekan müavini,

Sovet Sülh Fondunun üzvü


1. Hansı xalq genosidə məruz qalmışdır?

Qaçqını qəbul etməkdə Azərbaycanla müqayisə edilə biləcək ikinci ölkə Türkiyədir. Bu yaxınlarda yəhudilərin mətbuatında çap olunmuş bir yazısını oxudum. Onlar ermənilərin uydurduğu genosidə etirazlarını bildirərək yazırdılar ki, əsl genosidə məruz qalan yeganə xalq yəhudilərdir. Həm də onlar türklərin 500 il əvvəl yəhudiləri ispanların törətdikləri genosid zamanı xilas etdiklərini, onlara sığınacaq verdiklərini minnətdarlıqla yazırdılar. Yeri gəlmişkən deyim ki, 500 il öncə Türkiyə dövləti İspaniya və Portuqaliyada genosidə məruz qalmış 380 min yəhudi qaçqını qəbul etmişdir. Elə həmin zaman 100 mindən çox yəhudilər Türkiyə, Azərbaycan və İrana pənah gətirmişdir. Yəhudilər Türkiyə və Azərbaycanın bu insansevərliyini bu gün də unutmamışlar. ABŞ-dakı yəhudi icması ermənilərin genosid tələbinə qarşı həyəcanla bildirmişdir: “Bəşər tarixi yeganə bir genosid tanıyır, o da – yəhudi xalqının genosididir, ancaq biz o dərəcədə məğruruq ki, faciədən ucuz hörmət-izzət qazanmaq üçün istifadə etmərik”.
Bəli, bu məğrurluqdan məhrum olduqları üçün utanıb-qızarmadan yüz ilə yaxındır ki, erməni millətçiliyi genosiddən danışır. Əbədi düşmən və əbədi düşmənçilik yoxdur. Alman faşizminin sovet xalqlarının başına açdığı faciəni biz onlara bağışladıq. Müharibə nəticəsində üç yerə parçalanmış alman dövlətinin yenidən birləşməsinə mane olmadıq. Ağrının-acının üstündən adlamağı bacarmaq mərdlik nişanəsidir. Erməni millətçiliyində bu mərdlik yoxdur. Atalar sözü var: “Mərd özündən görər, namərd özgədən”. Bir atalar sözü də vardır: “Adam başından yekə iş görməz”. Ona-buna arxalanaraq yaltaqlanaraq erməni millətçiliyi son yüz ildə böyük fəlakətlər törətmişdir. Nəticədə, əlbəttə, əks-reaksiya kimi ermənilər özləri də böyük tələfat vermişlər.
Türkiyədə ermənilər XIX əsrin sonuna qədər xan kefində dolanmışlar. Ticarət və maliyyə işlərində ermənilərin monopoliyası məhdudiyyətsiz olmuşdur. Birdən… gözlənilmədən Türkiyədə erməni üsyanı (bunt) başlanmışdır. Onların üsyanı nəticəsində kürdlər və türklər Osmanlı imperiyasının şərq hissəsindən köçürülməyə başlandı və bu üsyan kürd və türk talanları ilə nəticələndi. Sonra aydın oldu ki, ermənilərin bu hərəkəti təsadüfi deyilmiş. Bu, indi Yerevanda deyildiyi kimi, ümumerməni milli hərəkatı imiş.
Ermənilər türklərdən inciməkdə haqlı deyillər. Ermənilər yəhudilərdən də umub-küsməkdə haqlı deyillər. Çünki türklər, azərbaycanlılar, kürdlər, digər müsəlman xalqları ilə yanaşı, yəhudilər və ermənilərdən çoxlu pisliklər görmüşlər. Erməni-yəhudi ziddiyyətləri əsrimizin 30-cu illərində məlum Anastas Ohanoviç Mikoyan Stalinlə birləşərək böyük ustalıqla yəhudiləri Ermənistan SSR-dən qovduqdan (deportasiya) sonra təzələnmişdir. Qovulmuş yəhudilərin çoxu Azərbaycan və Gürcüstanın sərhəd rayonlarına qaçıb sığınacaq tapmışlar. Onların dalınca erməni millətçiliyi həvəsə gələrək 300 min azərbaycanlını və 60 minə yaxın kürdü indiki Ermənistan ərazisindən köçürdü. Üzə bax ki, kürdləri qovub Azərbaycana köçürən ermənilər indi onlara vəd edirlər ki, Azərbaycanın ərazisinin bir qismini alandan sonra sizə orada muxtariyyət verəcəyik. İnanan daşa dönsün! Buna hamam suyu ilə dost tutmaq deyərlər. Bu provakasiyaya bircə nəfər də kürd getməz. Azərbaycan xalqının birliyini – bu birliyə başqa qardaş xalqlarla birlikdə kürd xalqı da daxildir – erməni millətçiliyi poza bilməz. Kürdlərin tarixi yaddaşı möhkəmdir. Onlar dostu düşməndən yaxşı seçəndirlər. Kürdlərin bu sədaqətini yaxşı bilən türklər bu yaxınlarda İraqda təqibə məruz qalan kürdlərə sığınacaq verib, onları xilas etdilər. Azərbaycan da kürdləri tarixin sərt dönüşlərində həmişə qardaş kimi bağrına basmışdır. Elə bu uydurma Dağlıq Qarabağ hadisələrində neçə kürd oğlu erməni gülləsinə tuş olub, qurban getdi. Azərbaycan torpağı bunu unudarmı?!
Erməni millətçiliyinin kələklərindən biri də dostlarımızı bizə uydurmalar vasitəsilə düşmən etməkdir. Kürdlərə bizim ərazimizdə muxtariyyət “verən” ermənilər bu günlərdə Türkiyə ilə iqtisadi əlaqə yaratmaları barədə uydurma yaydılar. Məqsəd bizi Türkiyədən çiyrindirmək idi. Biz fikirləşməli idik ki, sən işə bax, erməni bizi qana çalxalayır, qardaşlarımız olan türklər də onlarla iqtisadi əlaqəyə girirlər… Bunu Levon Ter-Petrosyan özü yaymışdı. Bəs onun bu məlumatı həqiqətə nə dərəcədə uyğundur? Televiziyanın “Dalğa” proqramında çıxış edən türk qardaşımız bu xəbərin provakasiya məqsədilə yayıldığını bildirdi. O dedi ki, biz ermənilərlə o zaman iqtisadi əlaqəyə girə bilərik ki, onlar Azərbaycana qarşı atdıqları böhtanlardan əl çəksinlər, Dağlıq Qarabağ məsələsindən birdəfəlik gözlərini yığsınlar.
Tarixə qara eynəklə yox, həqiqətin gözü ilə baxsaq, görərik ki, genosidə yəhudilər, türklər, kürdlər, azərbaycanlılar məruz qalmışlar. Bu işdə hər dəfə erməni millətçiliyinin əli olmuşdur.
Yazdıqlarımızın hamısı faktdır. Faktdan qaçmaq olmaz. Mən əvvəllər yazılarımda göstərmişdim ki, ermənilərlə türklər arasında olan toqquşma erməni genosidi yox, müharibə olmuşdur. Bu yaxınlarda bu məqaləmi “Ayna”, “Zerkalo” qəzetləri (№ 12, 13 noyabr, 1990) italiyalı Caeti Makkartinin “Genosid olmuşdurmu?” adlı məqaləsini xarici mətbuatdan götürüb çaplamışdır.
“Genosid olmuşdurmu?” adlı məqalə əvəzsiz materialdır. Doğrudur, biz Azərbaycan oxucuları uydurma “Erməni genosid”inin, ümumən “Erməni genosid”inin, ümumən “erməni məsələsi”nin zatına bələdik və bizi təzədən inandırmaq üçün əlavə mənbələrə ehtiyacımız yoxdur. Xüsusilə rus və erməni mənbələri “Erməni genosidi”nin yalan olduğunu göstərir və bu mənbələrin tam əksəriyyəti Azərbaycan ziyalılarında vardır. Ancaq İtaliya alimi C.Makkartinin bu məsələnin kökünü bilməsi və onu tam çılpaqlığı ilə xaricdə çaplayıb yayması, özü də erməni millətçiliyinin qudurduğu indiki çağda yayması bizə qiymətli bir hədiyyədir. Bundan başqa, həmin məqalədə olduqca qiymətli, dəqiq və oxucularımız üçün yeni məlumatlar da vardır. Məsələn, Makkarti erməni millətçiliyinin ağzını yummaq üçün bəs eləyə bilən belə bir faktı dünyaya yaymışdır ki, “…indiki Ermənistan Sovet Respublikasının 1828-ci ilədək əhalisinin 80 faizini müsəlmanlar təşkil edirdilər”. buyursun Zori Balayan cavab versin həqiqətə. “Böyük Ermənistan”ın balaca Balayanı buna nə deyir?! Bunu biz yazmırıq, dünya bizsiz bilir. Biz isə susmuşuq. “Ayıbdır, qonşular bizdən inciyərlər, böyük qardaşlarımızın kefinə dəyə bilər” fəlsəfəsi ilə susmuşuq. Bizim susmağımız barədə də Makkarti – Roma papasının həmvətəni belə yazır: türklər ermənilərin onları qırmaları barədə susdular. “Lakin türklərin susması erməni genosidi haqqında əfsanənin yox olmasına səbəb ola bilmədi”. Makkarti genosid əhvalatının əvvəl gündən yayılmasının qərəzli olmasını düzgün açır. Bu işdə türklərə qarşı acıqlı olan, onların tarixən qüdrətli imperiyaya malik olduğu dövrlərdəki nailiyyətlərinə paxıllıq edən yadellilərin qərəzkarlığı böyük rol oynamışdır. Makkarti yazır: “Lakin insan fəlakəti barədə həqiqət əvəzinə qəddar türk və xeyirxah erməni haqqında əfsanə yaranır. Bu əfsanədə ermənilərin iztirabları haqqında nağıllar əbədiləşdirilmişdir. 5 əsr ərzində türklərdən ehtiyat edən avropalılar üçün erməni genosidi haqqında əfsanə bir daha türklərin qəddarlığını nümayiş etdirmək üçün növbəti bəhanə oldu”.
Makkarti obyektivlik naminə, ədalət naminə yazır: “Türklər istərdi ki, onları da bir dinləyən olsun, onların da ölülərini dəfn etsinlər, bu zaman nə bir canıyanan, nə də onları başa düşən tapıldı. Çox keçmədən türklər ədalətsizliyə qarşı mübarizəni dayandırdılar. Onlar müasir millət təkin onların müvəffəqiyyətlərinin buna ən yaxşı sübut ola biləcəyi yəqinliyi ilə Mustafa Kamal Atatürkün rəhbərliyi işinə başladılar. Türklər buna müəyyən dərəcədə nail oldular. Avropa və Amerika siyasətçiləri və dövlət xadimləri türkləri dost və müttəfiq kimi tanıdılar”.
Türklərin ermənilərə baş qoşmaması barədə Makkarti yazır: “İbrət dərsi göz qabağındadır – susmaq kömək etmir”. O, ermənilərin qisasçılığı barədə düzgün nəticəyə gəlir: “Nə vaxtadək ki, erməni uşaqları onların ulu babalarını türklərin öldürdüyünə inanacaqlar, həmin uşaqların bir çoxu özlərini qisasçı hesab edərək caniyə çevriləcəklər”.
Böyük ürək sahibi olan Makkarti “Daşnaksütyun” partiyasının proqramına uyğun olaraq 100 il ərzində təlim keçmiş və beynəlxalq şəbəkə yaratmış erməni terrorçularının ermənilər haqqında həqiqəti deyənləri susdurduqlarını yazır və əlavə edir ki, nəyin hesabına olursa-olsun həqiqət deyilməlidir: “Həlli mürəkkəb problemdir, qorxmadan həqiqəti açıb demək lazımdır. Bu, iradə tələb edir. Çünki Amerika professoru Stenford Şou və onun ailəsi erməni taleyinə münasibətdə müəyyən inamlarına görə fiziki zorakılığa məruz qalmışlar. Nə olursa-olsun həqiqət deyilməlidir. Alimlər, xüsusən də Avropa və Amerika alimləri Yaxın Şərq və Qafqazın tarixinin obyektiv və qərəzsiz öyrənilməsinə çağırmalıdırlar. Ola bilsin ki, uzun illər keçəcək və gənc erməni başa düşəcək ki, əcdadı ədalətsiz hərəkət etmişdir. Amma mən əminəm ki, əgər Osmanlı imperiyasının erməniləri haqqında həqiqət hələ 30 il əvvəl geniş yayılsa idi, bu gün erməni terrorizmi olmazdı”.
Bəs italiyalı C.Makkarti “Həqiqət deyilməlidir” deyərkən hansı həqiqəti nəzərdə tutur? Onun öz məqaləsində bu suala cavab tara bilərik: “Türklər və ermənilər arasında baş verən hadisə genosid yox, müharibə idi”. Özü də bu müharibədə ermənilərin nəinki günahkar, hətta xəyanətkar olduqları göstərilir. Makkarti tarixi faktlara əsaslanaraq yazır: “Müharibənin sonuna yaxın Şərqi Anadoludan və Qafqazdan 1,2 milyon müsəlman qovuşmuşdu. Şərqi Anadolunun milyondan artıq müsəlman əhalisi həlak oldu. Ümumilikdə Anadoluda 600 min erməni və 2,5 milyon müsəlman həlak olmuşdu. Əgər bunu genosid adlandırsaq, onda çox qəribə genosid alınar: qatillər qurbanlardan daha çox həlak olurlar”.
Makkarti bilmir ki, erməni millətçiliyi yavaş-yavaş ölən ermənilərin sayını artırıb 1,5 milyona çatdırmışlar.
Pambıq yığımını şişirdib bir milyon tona çatdıran görmüşdük, ancaq erməni qırğınını şişirtməyi də gördük. Onlar birdən-birə ölən ermənilərin sayını 2,5 milyon da yaza bilərdilər. Həyasızlığın həddi olmaz imiş. O zaman 2,5 milyon erməni olmamışdır. Hər halda Türkiyədə bu qədər erməni heç vaxt olmamışdır. Bu genosid “şişirdiciləri” nə etsinlər, başqalarına haranın daşını salsınlar? Onlar başlarına Qarabağın, Naxçıvanın daşını salmağa başlayıblar.
Makkartinin sözünə qüvvə olaraq demək istəyirəm ki, ermənilərin qara siyahısına, hədə siyahısına təkcə həqiqəti yazan xarici alimlər deyil, sovet alimləri də düşmüşlər. Onlar tez-tez bizim alimləri də hədələyirdilər. Erməni dilini bilən, onların əlifbasını oxuya bilən bir həmkarım bu yaxınlarda mənə çatdırdı ki, ermənilərin bir əyalət qəzetində mənim başıma pul qoyulduğu yazılıbdır. Düzü, bu xəbər məni narahat etmədi. Ancaq ona cavab verdim ki, halal pul olsaydı, eybi yoxdur, təəssüf ki, ermənilər bu niyyətlə yığdıqları pulu haramxorluqla toplamışlar. Əgər belə məqsədlə yığılan erməni pulunun mənbəyini bilmək istəyirsinizsə, onda böyük təbiətşünas filosof F.Engelsin “Dövlətin, ailənin və xüsusi mülkiyyətin mənşəyi” əsərini oxuyun. Onda görərsiniz ki, dünyada ilk dəfə olaraq fahişəliklə pul toplamaq erməni kilsəsində həyata keçirilmişdir. Həmin ənənə ilə toplanmış pul istəməzdik ki, bizim başımıza qismət olsun. Biz heç kəsi qorxutmuruq, heç kəsdən də qorxmuruq, biz sadəcə olaraq torpağımızı və tariximizi qələmimizlə, yeri gələndə silahımızla qoruyuruq. Sevinirəm ki, dünya alimləri bu işdə bizim müttəfiqimizdir. Onlar bizsiz belə bir suala cavab vermişlər ki, “erməni genosidi” yox, “türk genosidi” olmuşdur. Bu fakt rus mənbələrində də vardır. Təkcə Rusiya imperiyasının Türkiyədə baş konsulu olmuş general Mayevskinin “Türk genosidi” əsərini oxumaq bəs edər.

2. Kimdir günahkar?

Erməni millətçiliyinin respublikamızın bədənində xərçəng xəstəliyi kimi şaxələnməsində birinci günahkar özümüzük. Erməni bizim düşmənə qarşı əvvəlcədən tədbir görməmək xasiyyətimizi gözəl səciyyələndirmişdir: “Müsəlmanın sonrakı ağlı mənim”. İndi onlar bizi məcbur etmişlər ki, “sonrakı ağlımızla” düşünək. Xalqımız çıxış yolu tapacaqdır. Buna heç zaman şübhəm olmayıb. Ancaq ədalət naminə deyim ki, günah təkcə bizim alicənablığımızda deyildir. Vəziyyəti düzgün qiymətləndirsək deməliyik ki, əgər toqquşma, vuruşma iki respublikanın arasında gedirsə və biz İttifaq hökuməti tərkibində yaşayırıqsa, onda bunun dayandırılması, qanun, konstitusiya çərçivəsində həll edilməsi SSRİ hökumətinin səlahiyyətindədir və bu işin bütün məsuliyyətini də Mərkəz hökuməti daşımalıdır. Belə olduqda bizə dəfələrlə gedin, özünüz danışın deyilməsini necə başa düşməliyik…
Hər yerdə, o cümlədən aramsız mitinqlərdə “miatsum”, “miatsum” bağıran ermənilərin hərəkətlərini təhlil etsək, onların burada da ikiüzlülük etdikləri aydın olar. birləşmə (“miatsum”) eşqi ilə alışıb yanan ermənilər Azərbaycandan köçərkən…, ucsuz-bucaqsız Vətənimizin hər yerinə getdilər, təkcə indiki Ermənistandan başqa. Bu yaxınlarda qəzetlər son illər üzrə SSRİ vətəndaşlarının xaricə köçmələri barədə məlumat vermişdir. Xaricə köçənlər arasında sayca ikinci yeri ermənilər tuturlar. Budur “Miatsum”?! Guya ana Ermənistana qovuşmaq üçün alışıb-yanan ermənilərin sədaqəti?!
Ermənilərin torpaq tutmaq iştahlarının böyük olduğuna baxmayaraq onlar torpağa bağlı deyillər. Ona görə də dünyanın hər yerinə yayılmışlar. Bu baxımdan, Veliçkonun “Qafqaz” əsərində yazdığı belə bir fikrə haqq qazandırmaq olar. O, yazır ki, ermənilər yəhudi və qaraçıların qarışığından yaranmış və hər ikisinin ən pis keyfiyyətlərini götürmüşlər. Bizcə, torpağa bağlanmamaq, “harada günün xoş keçirsə, ora Vətənimdir” psixologiyası ermənilərə qaraçılardan keçmişdir.
Yox, qalan yeri bilmirəm, Azərbaycanda ermənilərin kələyini bilməyən yoxdur. Onlar “ana” Ermənistana qovuşmaq üçün yox, bizim Azərbaycanımızı parçalamaq üçün canfəşanlıq edirlər. onlar təcavüzkar, qəsbkar niyyətlərinə çatmaq üçün bütün dünyaya ermənilərini və ermənipərəstləri işə salmışlar. Bu işdə heç nədən çəkinmirlər. Ukraynada çıxan qəzetin yazdığı kimi, Stepanakertdə azərbaycanlıları qırmaq üçün əsgərlərin başını qatmaqdan ötrü pul, araq və… qadın da təklif etmişdilər. Kələkləri isə baş tutmamışdı. Bəli, belə bir düşmənlə üz-üzə gəlmişik. Körpülərimiz partladılır, evlərimiz yandırılır, adamlarımız qırılır, əsir alınır, sərhədlərimiz pozulur, adımız da dünyada vəhşi kimi hallandırılır. Belə iyrənc müharibə harada görünübdür?! Belə qonşu onu müdafiə edənlərə qismət olsun! Qriboyedovun rus çarına yazdığı qeydlərə əsasən deyə bilərik ki, ermənilər Qarabağın dağlıq hissəsinə 1828-ci ildən 1830-cu ilə qədər müvəqqəti köçürülmüşdülər. Özü də erməniləri ora yerləşdirmək üçün yerli müsəlmanları böyük çətinliklə razı sala bilmişlər. Çünki müsəlmanlarda belə bir qəti fikir var idi ki, bura müvəqqəti doldurulan ermənilər sonra burada həmişəlik qalacaq və deyəcəklər ki, bura bizim dədə-baba torpağımızdır… Xalqımız ermənilərin haqqını heç vaxt tapdalamamışdır. Onların yaxşı cəhətlərini həmişə qeyd etmişdir.
Biz erməniləri Dağlıq Qarabağda başlı-başına buraxmışdıq. Onlar Qarabağda kefləri istədiyi kimi, Azərbaycan SSR qanunlarına əməl etmədən yaşayırdılar. İndi isə açıq düşmənçiliyə keçmiş, əhalinin azərbaycanlı hissəsini qovmuş, respublikanın bayrağını təhqir etmiş, suverenliyini ələ salmışlar.
Xarici filosoflardan birinin müşahidəsinə görə onların qanı müəyyən dozaya çatanda hökmən tökülməlidir. Nə deyirik, əgər bu, obyektiv reallıqdırsa, heç kəs onun qabağını ala bilməz. Ancaq bizdən uzaq olsun. Çünki bizim xalqımız qan tökən xalq deyildir. Eynşteyn De Broylun belə bir sözünü fəxrlə təkrar edərmiş: xoşbəxtəm ki, xalqım böyük fəlakətlər törədə biləcək səviyyədə böyük deyildir. Biz azərbaycanlılar da xalqımızın bu keyfiyyəti ilə fəxr edə bilərik. Bəs dinc xalqımız ötən bu müddətdə özündən asılı olmadan, nə qədər əzablar çəkməli olmuşdur. Kimdir günahkar? Birinci növbədə qudurmuş, kütləvi psixoz halına gətirilmiş, torpağımıza gözü düşmüş nankor qonşularımız. Ziyalılarımızın bir qismi belə başa düşürlər ki, ermənilər kiminsə əlində alətdir, filan şeydir və onları bizə qarşı qısqırdanlar vardır. Onlar bu fikirlərini əsaslandırmaq üçün tarixdən misallar çəkirlər. İngilislər, fransızlar, ruslar və s. ermənilərdən türklərə qarşı tarix boyu istifadə etmiş və onlara “Böyük Ermənistan” vəd etmişlər. Araşdırmalar nəticəsində gəldiyimiz qərar belədir: bizə qarşı erməni təcavüzünə birinci günahkar ermənilik, erməni millətçiliyinin ardıcıl, yüz il sürən düşmənçiliyidir. Havadarlar onları yox, onlar havadarları tapmışlar. Erməni lobbisi, erməni mafiyası erməni millətçiliyinin aparıcı, rəhbəredici qüvvəsidir. Onlar xarici ermənilərin kapitalına, Moskvadakı ermənilərin vəzifəsinə, Vazgen demişkən, hökumət telefonlarına arxalanaraq bəzi dairələri həm xaricdə, həm də daxildə bizə qarşı qaldırırlar. Erməni millətçiliyi başqalarını öz mübarizlərinə qoşmaq üçün çoxlu vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də onların özlərini yazıq göstərmələridir. Ancaq yazıq deyillər. Yazıqlıq tarixi qəddarlıqlarını gizlətmək üçündür. Beləliklə, öz fikrimi belə yekunlaşdıra bilərəm: erməni millətçiliyi şovinizmin, panxristianizmin, avrosentrizmin tulası olsa da, bizə qarşı düşmənçiliyi ona kənardan təlqin etməmişlər, bu düşmənçiliyi “Daşnaksütyun” özünün “Böyük Ermənistan” ideyası ilə ermənilərin qanına-canına hopdurmuşdur. Necə ki, ölkədə və Ermənistan SSR-də kommunist ideologiyası güclü idi, erməni millətçiliyi gizli düşmən idi, 1988-ci ildən isə onlar bizə qarşı açıq düşmənə çevrilmişlər. Düşmən düşməndir. Onu darmadağın etmək üçün birinci olaraq ideologiyasının puçluğunu bütün dünyaya tanıtmalıyıq.
Bir halda ki, ermənilər bizə qarşı elan edilməmiş (niyə, dəfələrlə elan ediblər. Z.Balayanın dilindən, S.Kaputikyanın dilindən və s.) müharibə aparırlar, biz də onlarla müharibə dövrünün qanunları ilə rəftar etməliyik. Məgər Almaniya ilə Sovet İttifaqı müharibə etdikdə SSRİ-də çoxdan məskunlaşmış almanlar Sibirə, Qazaxıstana… köçürülmədilər? Bəs biz böyük dövlətimizin bu böyük təcrübəsindən niyə istifadə etməməliyik?! Necə ki, bizə qarşı erməni müharibəsi, erməni terroru davam edir, bizim erməniləri Azərbaycan Respublikası ərazisində saxlamağa ixtiyarımız yoxdur. Onları müharibənin qanunuyla köçürməliyik. Axı köçürülən almanlar sovet dövlətinə güllə atmırdılar, körpü və evləri partlatmırdılar. Ermənilər isə DQMV-də ən müasir silahlara yiyələnmişlər. Onlar bizim torpağımızı barıt çəlləyinə çevirmişlər. Ağacı qurd içindən yeyən kimi respublikamızı da iki yüz minə yaxın erməni içəridən parçalayır.
Ümidimiz nəyədir? Ümidimiz onadır ki, nimdaş daşnak ideyaları yaşarı deyil. Çünki dünya təzələnmişdir. İndi qarşıdurma, düşmənçilik, təcavüzkarlıq heç yerdə keçmir. Daşnaklar da, onların kommunist havadarları da erməni millətçiliyini qəbirdən çıxarıb xortdadsalar da ona yaşamaq, qalib gəlmək gücü verə bilməyəcəklər. Qəbirdən çıxan daşnak ideyaları qəbirə də gedəcəkdir. Həyat eybəcərliyi qəbul etmir. Daşnakların “Böyük Ermənistan” ideyası eybəcərdir, kiçiyin böyüklük iddiasıdır. “Daşnaksütyun” partiyası ölü doğulmuş partiyadır. Onu zaman yox, mafiya doğmuşdur. Türk kimi böyük xalq, Türkiyə kimi qüdrətli imperiyaya arxadan sancılan balaca bıçaq kimi yaranan daşnak zəhərsiz əqrəb, dişsiz ilan kimi miskin yaranmışdı. Sancmaq üçün yaranmış əqrəb bəs zəhərsiz nə etməli idi?! Birinci növbədə zəhər tapmalı idi. Tapdı da. İngilis, fransız imperialistləri, rus çarizmi bu dişsiz ilana dil də verdi, diş də verdi. Bu estafet indi də davam edir. Yoxsa Buşa, Tetçerə… nə düşüb ki, Manuçarova görə kiməsə ağız açsınlar? Bu dişsiz ilan bizi həmişə özgə dişi ilə tutub. Xalqı da çaşdıran budur. İndi bu dişsiz ilanın böyük-başı raketlə, partladıcı qurğularla stingerlə, avtomat və pulemyotlarla doldurulubdur. Düzdür, Sovet Ordusu 1990-cı il avqustun 20 və 21-də Qazax rayonunda sərhədimizi pozan erməni quldurlarına dərs verdi, ancaq fakt faktlığında qalır. Dişsiz, zəhərsiz doğulmuş bu ilan-əqrəb daşnakçılar nə qədər özgə silahına bel bağlasalar da dirilə, dirçələ bilməyəcəklər. Hər bir ölüyə çarə tapılsa da, ölü ideyaya çarə yoxdur. Yalan yaşaya bilər, ancaq qalib gələ bilməz. Yalan ideya 70 ildən, 100 ildən sonra da olsa ölümə məhkumdur. Bəs bu ölünü – daşnaksütyun ideyalarını niyə bir basdıran tapılmır?! Axı ölünü açıqda saxlamaq heç yerdə dəb deyildir. Çünki ölü özü qorxulu olmasa da, onun üfunəti, mikrobları dəhşətdir. “Daşnaksütyun” partiyası dəfələrlə yerini dəyişibdir. 1921-ci ildə Ermənistan SSR-dən qovulandan sonra bu partiya dəfələrlə gorbagor olub, özünə əbədi qəbir tapa bilməyib. Ancaq nahaq, erməni xalqı öz ölüsünə, öz qaçqınına yiyə duran deyil. Erməni qaçqınlar… Ermənistandan qaçır, ölü “Daşnaksütyun” ideyaları iylənir, balayanlar, bala-bala piylənir.
Bu ölünü bir basdıran tapılmaz?!

Oxşar xəbərlər

Leave a Comment