“Füzuli” Beynəlxalq hava limanında yoxlama uçuşları həyata keçirilir

20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisilə uçuşlar həyata keçirilir.

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətindən Milli.Az-a verilən məlumata görə, yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Əvvəllər digər hava limanlarında bu unikal testin necə aparılması ilə videoçarxda
keçid vasitəsilə https://youtu.be/jhIyEj2RwIs tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Leave a Comment