İLKİN ADIYEV: “ Canlı efirdə xəbəri oxuyanda səsim tutulub, amma vəziyyətdən elə çıxmışam ki, tamaşaçı hiss etməyib” … – MÜSAHİBƏ

INSAATCI.AZ”  saytının  budəfəki qonağı tanınmış telejurnalist İlkin Adıyevdir. Onu efirdən hamımız tanıyırıq, amma gəlin, bir az da şəxsi motivdə tanıyaq.


– İlkin bəy,  jurnalistikaya gəlişiniz necə olub?

– Jurnalistikaya uşaq vaxtlarımdan həvəsim olub. Amma valideyinlərimin istəyi ilə müəllimlik peşəsinə yiyələndim. 2003-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun pedaqogika və medodika fakültəsinə qəbul oldum. 2007-ci ildə buranı bitirən kimi müəllimlik fəaliyyətinə başladım. 2015-ci ildən AZƏRTAC-la ( Azərbaycan Dövlət İnformasiya Agentliyi) əməkdaşlığa başladım. Burada yazılarım və videolarım dərc olundu.

–  Tələbəlik illəriniz necə keçib?

–  Həyatımın ən maraqlı illəridi tələbəllik illəri. Həyat yoldaşımla da məhz institutda oxuyarkən tanış olmuşam.

– Yəni çoxlu sevgi hekayələri yaşamağa macal tapmamısınız…

–  İnsan bir dəfə sevə bilir. Mən öz həyat yoldaşımı sevirəm, bu gün sevən insan dünəni xatırlaya, sabahı düşünə bilməz. 

– Az-çox tanınırsınız. Bu küçədə, yolda  narahatlıq yaratmırmı?

–  Bu heç  bir halda  məni narahat etmir. İnsanların məni tanımağı çox sevindirinci haldır.

–   Heç olur ki, ərtafdakılar “Aaa aparıcı” deyib ulduzluq hissləri bəxş etsinlər?

–   Əslində mən efirə ulduzluq tranpilini kimi yox, iş yeri kimi baxıram. Hər gün  tamaşaçıların qarşısına çıxıram. Bu mənim üçün ən gözəl hissdir. Tam səmimi deyim, nə qədər tanınmağım yox, nə qədər qəbul edilməyim mənim üçün maraqlıdır. Sosial şəbəkə üzərindən hər gün çoxlu tamaşaçı mesajları alıram. Bu da məni işimə daha çox bağlayır.

–  Müxtəlif saytlar, sonra “AZƏRTAC”, indi isə “DÜNYA TV”. Hansında özünü daha çox tapmısan?

– “AZƏRTAC”  haqqında dəyişməz bir fikrim var – buradakı yaradıcı insanlar yoluma işıq saldı. Peşəkarların çalışdığı Agentlik ilə jurnalistikaya gəldiyimə görə özümü xoşbəxt sayıram. İlk dəfə “Dünya TV”-də aparıcı kimi efirə çıxdım. Artıq 3-cü ildir ki, burada çalışıram. Burada aparıcı və montajçı kimi mənə yaradıcılıq potensialımı sərgiləmək üçün butun imkanlar verilib. Səmimi desəm “DÜNYA TV”də özümü tapmışam.

– Yaxşı, hansında daha çox öyrəndiniz?

– AZƏRTAC -da öyrəndiklərim müxbir səviyyəsində idi. Amma “DÜNYA TV”-də aparıcı  İlkin Adıyev  formalaşıb. “DÜNYA TV” daha dərin iz buraxıb karyeramda.

–  “DÜNYA TV”-nin xəbər komandası teleməkanda hansı yerdədir?

–  Sıra sayı ilə ifadə etmək istəməzdim. Kifayət qədər rəqabət gücü olan bir xəbər buraxılışı təqdim edə bilirik.

–  Yəqin efir arxasında elə hadisələr baş verib ki, hər xatırlayanda o ki, var gülürsünüz…

–  Canlı efirdə xəbəri oxuyanda səsim tutulub, amma vəziyyətdən elə çıxmışam ki, tamaşaçı hiss etməyib, efirdə çox hadisələr olub… (gülür)

–    Olubmu ki, bu həyat tərzi sizi yorsun – hər şeyi atıb hansısa uzaq bir yerə – internetsiz, televiziyasız, telefonsuz bir yerə qaçmaq hissi yaransın?

–  Yorulanda olur. (gülür)  Amma işimi çox sevirəm.Televiziyasız özümü təsəvvür edə bilmirəm.

–  Deyəsən, şeir də yazırsınız…

–  İnstitut illərindən şeir yazmağa başlamışam. Hətta həmin illərdə şeir kitabım da çap olundu. Amma indi  işlərin çoxluğundan şeir yazmağa həvəsim və potensialım qalmır. Amma yorulanda şeirlər səsləndirirəm. Bu da mənə xüsusi zövq verir.

–  Hansı şairlərin şeirlərini daha çox oxuyursunuz?

–  Nüsrət Kəsəmənli, Nəriman Həsənzadə, Zenfira Əlişqızı və s.

–   Bu yaxınlarda “İlin Fəal Gənci ” medalı ilə mükafatlandırıldınız. Hansı hissləri keçirirsiniz?

–  Əlbəttə, xoş hislər keçirirəm. Bu, mənim əziyyətimə verilən yüksək qiymətdir. Məni bu mükafata layiq görən hər kəsə təşəkkür edirəm!

–   Ailə büdcəsini kim doldurur?

–  Təbii ki, mən. (gülür)

–   Övladınız var?

–  Bir oğlum, bir qızım var.

–  Gələcəkdə jurnalist olmaq istəsələr…?

–  Heç istəmərəm, jurnalist olsunlar. Çox istərdim oğlum polis, qızım isə uşaq həkimi olsun. Amma istənilən halda seçimlərinə hörmətlə yanaşaram.

– Çox sağ olun, səmimi söhbət üçün…

–  Sağ olun.

Oxşar xəbərlər

Leave a Comment