“İnşaat-İş” Həmkarlar İttifaqı fəaliyyətini günün tələbləri səviyyəsində qurur

 Dünyada və respublikamızda Covid-19 pandemiyası  ilə əlaqədar olaraq tətbiq  olunan  qaydalara uyğun  olaraq  məhdudiyyətlər olmasına baxmayaraq “İnşaat-İş” Həmkarlar  İttifaqının kollektivi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur.

2020-ci ilin 16 sentyabr tarixində Beynəlxalq Həmkarlar İttifaqının (BWI) “Tikintidə  təhlükəsizlik məsələləri”nə həsr olunmuş vebseminarında AR ”İnşaat-İş” Həmkarlar İttifaqının  sədri U. Hüseynov və baş texniki əmək müfəttişi Ə. Məmmədov iştirak etmişlər.

18 sentyabr tarixində isə  Beynəlxalq  Həmkarlar İttifaqının dəstəyi  ilə “Dünyada terrorizim  məsələsi” mövzusunda vebseminar keçirilmiş və sədr U.Hüseynov bu məsələyə münasibət  bildirərək, Ermənistanın işğalçı dövlət olaraq Azərbaycanın dinc əhalisinə qarşı təcavüzündən danışmışdır.

22 sentyabr tarixində sədr U.Hüseynov  “Zirvə”  TV-də müsahibə verərək tikinti sahəsinin  keçmişindən, bu günündən, qarşıda duran problemlərdən və gələcək işlərdən söz açmışdır.

24 sentyabrda Beynəlxalq Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən “Həmkarlar İttifaqı  hərəkatı qadın zorakılığına qarşı” adlı vebseminarda AR “İnşaat-İş” Hİ-nin  “Gender və qadın  bərabərliyi “ Komissiyasının  sədri  S. Hüseynova və komissiyanın üzvü  R.Tahirova iştirak  etmişlər. R.Tahirova çıxış edərək “Holcim (Azərbaycan)” ASC-dəki qadınların sosial  vəziyyətindən bəhs etmiş, kollektiv müqavilədə onlara göstərilən imtiyazlardan danışmışdır. Eyni zamanda bu seminarın davamlı olaraq keçiriləcəyi bildirilmişdir.

Həmçinin daxil olan müraciətlər əsasında şəhid  ailələrinə, Qarabağ qazilərinə və aztəminatlı ailələrə yardımlar daim diqqət mərkəzində saxlanılır.

28 sentyabr 2020-ci il tarixində Türkiyə Cümhuriyyətinin “Yol-İş” Sendikasının Genel Başkanı Ramazan AĞAR və Genel Sekreteri Tevfiq ÖZÇELİK telefonla zəng edərək “İnşaat-İş” Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Umud HÜSEYNOVla danışmışlar. Onlar “Yol-İş” Sendikasının bütün üzvlərinin və Türk xalqının Azərbaycanın yanında olduqlarını və haqq işini dəstəklədiklərini, Azərbaycan Ordsusunun tezliklə torpaqlarımızı işğaldan azad edəcəyinə inandıqlarını bildirmişlər.

Umud HÜSEYNOV Ramazan AĞARa və Tevfiq ÖZÇELİK və onların timsalında dost və qardaş TÜRK xalqına öz təşəkkürünü bildirmiş,”Bir millət, iki dövlət” olduğumuzu bir daha xatırlatmışdır.

S.HÜSEYNOVA,

”İnşaat-İş” Həmkarlar İttifaqının sosial məsələlər üzrə mütəxəssisi

Oxşar xəbərlər

Leave a Comment