Misirin yeni paytaxtında hökumət binalarının tikintisi başa çatır

Misirin yeni inzibati paytaxtında hökumət binalarının tikintisinin 95 faizi başa çatdırılıb.

İNSAATCİ.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında layihənin sözçüsü Xalid əl-Hüseyni bildirib.

Yeni inzibati paytaxtda dövlət orqanları və hökumət strukturlarının, o cümlədən 31 nazirliyin, parlamentin binalarına elektrik, su və qaz xətləri çəkilib, onlar kommunikasiya texnologiyaları şəbəkəsi ilə təmin edilib.

Əl-Hüseyni deyib ki, gələn ilin yanvarında binalarda bir daha yoxlamalar aparılacaq və 2021-ci ilin ortalarında bütün nazirliklər yeni inzibati paytaxta köçürüləcək. O əlavə edib ki, Afrika qitəsində ən hündür bina olacaq (387 metr) qüllədə isə tikinti işlərinin 30 faizi görülüb. Bundan başqa, “Yaşıl çay” adlanan süni kanalda da işlər davam etdirilir. Onun ətrafında park və əyləncə mərkəzləri salınacaq.

“Telecom Egypt” kommunikasiya şirkəti “ağıllı şəhər” layihəsi çərçivəsində yeni inzibati paytaxtda 5G texnologiyasını tətbiq edəcək.

Oxşar xəbərlər

Leave a Comment