PUTİN QARABAĞLA BAĞLI TÜRKİYƏ və ABŞ-a ÇAĞIRIŞ ETDİ: “Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət edəcək”

 “Bizim Ermənistan və Azərbaycanla həmişə xüsusi münasibətlərimiz olub”.

İNSAATCİ.AZ Strateq.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bu gün “Valday” müzakirə klubunun onlayn iclasında deyib.

O bildirib ki, Rusiya üçün Ermənistan da, Azərbaycan da eyni səviyyəli tərəfdaşdır: “Bizim üçün orada insanların həlak olması faciədir. Təbii ki, Azərbaycan ərazilərinin əhəmiyyətli hissəsinin itirilməsi vəziyyəti sonsuzadək davam edə bilməz…”

“Biz hər iki ölkə ilə tam həcmli münasibətlər qurmaq istəyirik”, – deyən Rusiya lideri bildirib ki, Qarabağdakı məsələnin həllində Rusiyadan daha çox maraqlı olan tərəf yoxdur: “Ümid edirəm ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına kömək edəcək”.

Rusiya prezidentinin sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirləri növbəti dəfə Moskvada olub: “Oktyabrın 23-də onlar Vaşinqtonda görüşəcəklər. Çox ümid edirəm ki, amerikalı tərəfdaşlarımız bizimlə birgə hərəkət və nizamlanmaya kömək edəcəklər. Daha yaxşısına ümid bəsləyəcəyik”.

Putin əlavə edib ki, Rusiya Federasiyası ilə Türkiyənin, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeləri həmişə üst-üstə düşmür. “Rusiya Federasiyası ilə Türkiyənin mövqeləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyətlə bağlı həmişə üst-üstə düşmür. Lakin Qarabağla bağlı danışıqlar 30 ildir nəticə vermirsə, bu, atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir. Moskva siyasi həll tərəfdarıdır”.

Rusiya prezidenti deyib: “Bu, Türkiyə prezidentinin davamlı mövqeyidir, o, Krımı tanımır, Dağlıq Qarabağı tanımır. Bəs bizim tərəfimizdən mövqe necədir? Biz hər kəslə inadla çalışmalı, səbrli olmalı və hər kəsə mövqeyimizin doğru olduğunu sübut etməliyik və biz bu mövqedə qərarlı olacağıq. Mövqelərimiz və yanaşmalarımızın üst-üstə düşmədiyi yerdə uzlaşma axtarılmalıdır”.

Vladimir Putin əlavə edib: “Məsələn, başa düşürəm ki, mövqelərimiz Cənubi Qafqazdakı vəziyyətlə bağlı üst-üstə düşmür, çünki inanırıq ki, bu cür mübahisəli məsələləri güc yolu, silah yolu ilə deyil, əksinə, diplomatik açar, danışıqlar masasında həll olunmalıdır. Əlbəttə, danışıqların 30 ildir davam etdiyini, amma mənasız olduğunu söyləyə bilərik. Hər halda, bu, fikrimcə, atışmaya başlamağınız lazım olduğu anlamına gəlmir”.

Rusiya dövlət başçısı Türkiyə ilə Fransa arasında Dağlıq Qarabağla əlaqədar  ziddiyyətlərindən danışarkən, Rusiyanın heç vaxt dövlətlər arasındakı gərginlikdən sui-istifadə etmədiyini söyləyib. “NATO-dakı daxili mübahisələrə, yəni Türkiyə ilə Fransa arasındakı mübahisələrə gəldikdə, biz heç vaxt digər dövlətlər arasında yaranan sürtüşmədən sui-istifadə etməmişik. Sabit, yaxşı, indiyə qədər tammənalı demirəm, amma hələ də yaxşı perspektivlərə sahib və hər halda, Fransa ilə əlaqələrin yaxşı keçmişi var. Türkiyə ilə iş birliyini artırırıq, ümumiyyətlə Türkiyə qonşumuzdur”.

Putin Türkiyə ilə Fransanın öz aralarındakı münasibətləri tənzimləməyi bacaran dövlətlər olduğunu qeyd edib.

Vladimir Putin heç kimin Rusiyadan daha çox Qarabağdakı münaqişənin həlli marağında olmadığını söyləyib. “Bu, bizim üçün xüsusi bir vəziyyətdir. Bəli, səhv etmirəmsə, 1992-ci ildə bir qrup yaradılıb, həmsədr olaraq Rusiya, Fransa, ABŞ, danışıqlar prosesini təşkil etmək üçün məsuliyyət daşıyır. Prosesin bütün iştirakçılarının səmimi olduğuna 100 faiz əminəm, vəziyyətin həll olunmasını təmin etmək üçün çalırlar, amma heç kim bununla Rusiya qədər maraqlanmır”.

“Bunu yalnız gözümüzün qabağında görmürük, xalqımızla, dostlarımızla, qohumlarımızla geniş mənada baş verənlərə şahid oluruq”, – deyə o əlavə edib.

Rusiya prezidenti “Valday” müzakirə klubunda bildirib ki, Qarabağda yeni qarşıdurma mərhələsinin başlanmasından bəri hər iki tərəfdə ölənlərin ümumi sayı 5000 nəfərə yaxınlaşır.

O, bu illər ərzində Rusiyanın uzun bir tarixi perspektiv naminə vəziyyəti sabitləşdirmək üçün böhranın müxtəlif variantlar təklif etdiyini qeyd edib. Prezidentin dediyinə görə, mövqeləri bir-birinə yaxınlaşdırmaya gərgin səy göstərilib. “Adama elə gəlirdi ki, bir azca sonra bir həll yolu tapacağıq. Təəssüf ki, bu baş vermədi və bu gün ən pis formada bir qarşıdurma mövcuddur”.

Onun sözlərinə görə, faciə – insanların ölümündədir.

“Hər iki tərəfdə də çox sayda itki var. Əldə etdiyimiz məlumatlara görə, hər iki tərəfdə 2000-dən çox insan ölüb. Ölənlərin ümumi sayı 5000-ə yaxınlaşır”.

Onun sözlərinə görə, eyni zamanda, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsinin itirilməsit daha  davam edə bilməz.

“Bizim üçün Ermənistan və Azərbaycan bərabərhüquqlu tərəfdaşdır. Və insanlar orada öldükdə bu bizim üçün böyük bir faciədir. Həm Ermənistan, həm də Azərbaycanla tam hüquqlu münasibətlər qurmaq istəyirik”.

Oxşar xəbərlər

Leave a Comment