Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi ev tikiləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə fərdi evlərin tikintisi üçün dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox açıq tender elan edib.

İİNSAATCİ.AZ KONKRET.az-a istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri aprelin 19-u saat 18:00-a qədər, tender təklifi və onun dəyərinin 1 %-i qədər bank təminatını isə aprelin 27-si saat 18:00-a qədər Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85 ünvanına təqdim edə bilərlər. Əlaqələndirici şəxs Anna Elyaşinadır. Telefon: (012) 596-44-09.

Təkliflərə aprelin 28-i saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. Bu tender hesabına 36 şəhər və rayonda 450 ədəd fərdi ev tikiləcək.

Oxşar xəbərlər

Leave a Comment