Şəhid ailələri və müharibə əlillərinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 50 şəhid ailəsi, müharibə əlili və Vətən müharibəsi qəhrəmanına mənzillərin sənədləri təqdim edilib.

İNSAATCİ.AZ KONKRET.az a istinadən xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun ötən il Vətən müharibəsində əldə etdiyi möhtəşəm tarixi zəfərdən bəhs edib. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızın işğaldan azad edildiyini, bu gün həmin ərazilərimizdə böyük quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.

Nazir müavini bildirib ki, müharibədən sonrakı dövrdə şəhid ailələrini, müharibə iştirakçılarını, müharibədə yaralanmış hərbçiləri, müharibə əlillərini, erməni terrorundan zərər çəkənləri əhatə edən çevik və genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir.

Eyni zamanda, Prezident İlham Əliyevin 25 avqust 2021-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanlarının və onların ailə üzvlərinin də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təminatına başlanıb. Bu gün onlardan daha bir qrupu da mənzillə təmin edilir.

A.Əliyev 2021-ci ilin planı üzrə artıq 1650 mənzilin şəhid ailələri və müharibə əlillərinə, habelə Vətən Müharibəsi Qəhrəmanlarına verildiyini, ümumilikdə indiyədək bu kateqoriyadan olanlara 11 minə yaxın mənzil və fərdi ev təqdim edildiyini diqqətə çatdırıb. Bildirib ki, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri də uğurla davam edir. 2018-2020-ci illərdə onlara 1300-dək, bu ilin ötən dövründə isə daha 150 avtomobil, ümumilikdə indiyədək 7350 avtomobil verilib.

Şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi





Oxşar xəbərlər

Leave a Comment