Seulda “Əjdaha” qonaq evi  

Koreyanın paytaxtı Seulda “Moon Hoon” memarlıq şirkətinin layihəsi əsasında 3 mərtəbəli qonaq evi inşa olunub.

Insaatci.az Modern.az saytına istinadla xəbər verir ki, “Go.mir” adlandırılan layihə əjdaha formasındadır və doğrudan da nağıllar aləminin bu nəhəng heyvanını xatırladır.

Binanın birinci mərtəbəsində kafe, eləcə də vanna otaqları ilə təchiz olunmuş kiçik otaqlar yerləşir.

İkinci və ikinci mərtəbələrin hər birində yerləşən otaqların isə ümumi duşxanası var.

Binanın damındakı orijinal pilləkənli terras vasitəsilə baxış meydançasına qalxmaq mümkündür. Buradan dənizə və dağlara gözəl mənzərə açılır.

Oxşar xəbərlər

Leave a Comment