Şuşadakı İsa bulağına yeni avtomobil yolu çəkiləcək – RƏSMİ

İşğaldan azad edilən Şuşa şəhərindəki İsa bulağına yeni yol çəkiləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, həmin yol uzunluğu təxminən 101 kilometr olan Füzuli – Şuşa avtomobil yolunun tikinti layihəsin çərçivəsində həyata keçiriləcək:

“Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 km-lik II texniki dərəcəli yolun inşa edilməsi də daxil edilib. 2 hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci km-dən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsi ilə keçməklə inşa ediləcək”.

Oxşar xəbərlər

Leave a Comment