Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir

Azərbaycan Ordusunun 44 gündə böyük bir qələbə qazandığı Qarabağ bölgəsində ərazilərin minalardan təmizlənməsi işləri davam edir. 

Bu ifadələr Türkiyənin Milli Müdafiə Nazirliyinin internet səhifəsində yer alan açıqlamasında əksini tapıb. Açıqlama belə davam edir: “Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə Bölməsindən (ÖMAT) 136 nəfərlik heyət də Azərbaycan Ordusuna dəstək üçün bölgəyə göndərilib. Hərbçilərimiz Azərbaycan Silahlı Qüvvələrinin bu təyinat üzrə şəxsi heyətinə minaların təmizlənməsi üzrə təlim keçməklə yanaşı, işğaldan azad edilən Qarabağda ərazilərin minalardan təmizlənməsi fəaliyyətlərini də davam etdirirlər”.

Oxşar xəbərlər

Leave a Comment