Türkiyə Qarabağda “ağıllı şəhər”lər qurmağa dəstək verəcək

“Ətraf Mühit və Şəhərsalma Nazirliyimiz işğaldan azad olunan bölgələrin “ağıllı şəhər” modeli ilə çağımızın şərtlərinə uyğun bir infrastruktura qovuşması üçün, Enerji və Təbii Qaynaqlar Nazirliyimiz isə zərər görən təməlin, nəqliyyat və enerji xətlərinin yenilənməsi, “yaşıl enerji” konsepsiyasının bölgədə həyata keçirilməsi üçün azərbaycanlı qardaşlarımıza bütün dəstəyi verəcəklər.

Bundan başqa, Əkinçilik və Meşə Nazirliyi azad olunmuş torpaqların yenidən əkinə əlverişli hala gətirilməsi üçün lazımi dəstəyi təmin edəcək.

Bölgədə zərər görən mədəniyyət abidələrinin restavrasiyası üçün TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı) üzərinə düşəni edəcək. Qarabağın azad olunmasına necə dəstək olduqsa, bölgəyə yenidən həyatın qaytarılmasına da eyni şəkildə dəstək olacağıq”.

 

Oxşar xəbərlər

Leave a Comment