TÜRKİYƏNİN QAFQAZ FƏALLAĞI DÜNYA GÜCLƏRİNİ HƏRƏKƏTƏ GƏTİRİB –Onlar rəsmi Ankaranı atəşkəs istəməməkdə suçlayırlar

Ərgün Dilər

“Takvim”, Türkiyə, 16 oktyabr 2020-ci il


Dünyanın harasından baxırsınız baxın, ABŞ-la Çin arasında rəqabətin, mübarizənin getdiyini görəcəksiniz. Pərdə arxasında bunun nə qədər real və tükəndirici olduğunu bilə bilmərik. Çünki dünyanın ABŞ-SSRİ balansını anlaması 50 il çəkdi. Hələ də çox sayda anlamayanlar vardır. Kağız üstündə böyük bir rəqabət davam etməkdədir. Bu, öncəkilərə bənzəməməkdədir. Çünki bu, texnoloji, rəqəmsal inqilabla iç-içə keçən bir dəyişiklikdir. İki böyük müharibənin edə bilmədiyini edəcək olan bir dəyişiklik qapıdadır. Pul da, ölkələr də, enerji də, mədənlər də, nəqliyyat da, dənizlər də, ordular da, kosmos da paylaşılacaqdır. Baş verən budur. Bunun öncəsində yaşanan isə sancıdır. Həm də böyük sancı… Türkiyə də bu hesabın tam ortasındadır.

Məsələni açaraq irəliləyək. Çin ABŞ-ın etdiyini etmir. Qapını yalnız gülər üzlə iqtisadi baxımdan döyür. Ortaqlıq təklif edir. “Gəlin, birlikdə qazanaq” deyir. Bu durumda Çin bir əli ilə İsraillə, digər əli ilə də İranla iş görə bilir. Rejimlərlə, siyasi kadrlarla, liderlərlə maraqlanmır. Jandarmalıq etmir. Sorğu-sual etmir. İş, qazanc vasitəsilə irəliləyir.

Mənzərə belə olunca, dünyanın hər yerinə çəki-düzən verməyə çalışan və bunun üçün özünü didən ABŞ həm yükünü, həm də məsuliyyətini artırmış olur. Çin isə siyasi mühəndislik etməyə çalışmadığı üçün az xərclə çox yerə girmiş olur. Pekin administrasiyasının Orta Şərqdə iş görmədiyi bir ölkə varmı? İran da, İsrail də, Səudiyyə Ərəbistanı da ortağıdır. Bu, aydındır.

ABŞ rəqabət apardığı Çini mühasirəyə almaq və məhdudlaşdırmaq üçün ona iqtisadi, texnoloji təzyiq edir. Bunu edərkən də, təbii olaraq, öz ortaqlarını müəyyən etmiş olur.

May ayının əvvəlinə gedək. İsraildə dəyəri 1,5 milyard dollar olan dəniz suyunu təmizləmə müəssisəsi qurulması üçün keçirilən tenderdə sona qalan 2 şirkətdən biri Çinin Hutchison Water International şirkəti idi. Bundan xəbərdar olan Pompeo, pandemiya dövründə səfərlərin durdurulmasına baxmayaraq, tələsik Təl-Əvivə gəldi. İsrailə “Çin şirkətinə verməyəcəksiniz” dedi. Buna qarşı çıxanlar olsa da, dediyini etdirdi. Sonra da İsrailə böyük təsiri olan səfir Du Vey həyatını itirdi. Əgər bu işi Çin şirkəti alsaydı, 25 il oranın sahibi olacaqdı. ABŞ-ın 6-cı donanması Hayfa limanından tez-tez istifadə etdiyinə görə, Çin bu müəssisədən istifadə edərək bu donanmaya nəzarət edə biləcəkdi.

Beləliklə, ABŞ təhlükəni dəf etdi. Doğrusu, öncədən İsrailə investisiya qoymaq üçün gələcək olanları araşdırmaq məqsədiylə müvafiq qurum yaratmışdı. Bu qurum ABŞ-ın istəmədiklərinin üstündən xətt çəkirdi.

Bu durum 5G üçün də keçərli idi. Huawei qapıdan kənarda saxlanmışdı. Bunun öncəsi də vardır. Bu savaşın tarixini geri götürən nümunələr çoxdur. Məsələn, 1999-cu ildə İsraillə Çin erkən xəbərdarlıq təyyarəsi olan “Phalcon”-la bağlı anlaşma əldə etmişdi. Çin nağd pul da ödəmişdi. Ancaq Pentaqon dövrəyə girdi, anlaşma zibil qutusuna atıldı. “Harpy” ilə (RLS-lə mübarizə üçün PUA – tərc.) bağlı olaraq da eyni şey oldu. Pulu verilib alındığı halda, depoda əl qoyuldu.

Təhlükəsizlik əlaqələrindən çox iqtisadi əlaqələrə diqqət verən Çin, böyük ölçüdə, Orta Şərqin əsas sınma xətlərinin kənarında qalmağa davam edirdi. İsrail-Fələstin münaqişəsinin də, İsrail-İran gərginliyinin də onlara dəxli yox idi. Çin hər kəslə iqtisadi-diplomatik münasibət qurduğu halda, təhlükəsizlik yalnız ABŞ-a qalırdı. Bu da mübarizənin rəngini və şiddətini dəyişdirirdi.

Türkiyənin Qafqazdakı aktivliyi hamını narahat edir

Türkiyənin durumu, Suriyadakı yürüşü, Aralıq dənizindəki mövqeyi, Qafqazdakı fəaliyyətləri hər kəsi narahat edirdi. Reaksiya verənlərə baxılanda, işin əməlli-başlı maraqlı bir hal aldığı aydın olurdu.

Oktyabr ayının əvvəlində BMT-də uyğur böhranı müzakirə olundu. ABŞ-ın israrla şişirtdiyi məsələyə əksəriyyəti Qərbdən olan 39 ölkə sahib çıxdı. Aralarında İngiltərə, Almaniya, Avstraliya, Avstriya, Finlandiya, İrlandiya, İtalya, Fransa kimi ölkələrin də olduğu blok, Çinə xəbərdarlıq etdi.

Huawei” və 5G ilə bağlı məsələlərə baxılarsa, ABŞ-ın kritik ölkələrə təzyiqinin davam etdiyi görünər. Vaşinqton Pekinin qazanc yollarını bağlamaqdadır. ABŞ bu yolla təhlükəsizlik xərci ödəməkdən uzaq durmaqla böyüyən Çini iqtisadi itkilərə məruz qoymaqla cilovlamağa çalışır.

“Uyğur ittifaqı”nın bir bənzərini biz qəribə formada Aralıq dənizində, Suriyada və Ermənstan-Azərbaycan savaşında da görürük.

Dünən AB toplandı və Türkiyə ilə bağlı qərar verdi. Beləliklə, kimin kim olduğu dəqiq olaraq ortaya çıxdı. Bəzən sadəcə yazmaq yetərli olmur. Fransa və Almaniya Türkiyəni Şərqi Aralıq dənizindəki fəaliyyətlərilə əlaqədar “AB-ni təhrik etməyə davam etməkdə” suçlad. Bu iki ölkə Türkiyəyə Şərqi Aralıq dənizilə bağlı öz mövqeyini dəqiqləşdirməsi üçün bir həftə vaxt verdi. Fransa Xarici işlər naziri Jan İv Le Drian dedi: “Bizə görə, Türkiyənin davamlı təhrikçi fəaliyyətlər içində olması açıqdır. Bu, qəbul edilə bilməz. Şərqi Aralıq dənizilə bağlı olaraq top artıq Ankaradadır. Türkiyə dialoq yolunu seçməzsə, AB güc balansını dəyişdirməyə hazırdır…”

Qarabağı unutmayan fransızlar

Qarabağı da unutmayan fransızlar, “Bölgədə bir hərbi zəfər olmayacaq. Atəşkəs həyata keçirilməlidir. Bu gün atəşkəsə hörmət edilməsi üçün çağırış etməyən yeganə ölkənin Türkiyə olduğunu görürük…” deməklə, əslində, Türkiyənin kimlərlə mübarizə apardığını ortaya qoydu.

İki gündür haqqında yazdığım Almaniya Xarici işlər naziri Hayko Maas da ondan geri qalmadı. Rol aldı və “”Oruc Rəis”in yenidən Şərqi Aralıq dənizinə göndərilməsi qəbul edilə bilməz” dedi.

Türkiyəni, ən uzun sahili olmasına rəğmən, Aralıq dənizindən, qardaşlarının köməyinə tələsdiyinə görə də Azərbaycandan söküb atmaq istəyirlər. Mənzərə təqribən belədir. Bir az güc topladığı, bayraq göstərdiyi zaman hamısı üstünə gəlmək istəyir. Anlaşma dedikdə, Türkiyənin öz haqlarından vaz keçməsini nəzərdə tuturlar. Bu olmadıqda, təzyiqi artırırlar. Və tez-tez yazdığım kimi, artıracaqlar da… Çünki məqsəd “üzüm yemək” deyil.

ABŞ, İsraili çəkib Çinin əlindən alır. Ardınca, Orta Şərqi İsrailə uyumlu hala gətirir. İsrail qazının Avropaya çatdırılması üçün də böyük koalisiya qururdu.

Türkiyə də öz haqlarını qorumağa çalışdığı üçün hədəf olurdu. Çox uzun zamandır yazmağa çalışdığım da bu idi. Ölkəmizin xarici aynadır. Daxildə əks olunması da qaçınılmazdır. Bu səbəblə, daxildə baş verən heç bir hadisəyə içəridən baxmadım, baxmaram da… Siz də baxmayın.

Türkiyənin hərəkət marşurutunu dəyişmək üçün sağdan da, soldan da gələcəklər. Doğrusu, gəlməyə başladılar. Hadisələrə belə baxarsanızsa, baş verənləri düzgün analiz edə bilərsiniz.

Tərcümə Strateq.az-ındır

Oxşar xəbərlər

Leave a Comment