Ümumi inşaat işlərinin 85,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib

2020-ci ilin yanvar-may aylarında xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1783,4 milyon manatı (88,5 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, Norveç, Malayziya, İsveçrə, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 63,6 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,8 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 18,5 faizini isə digər tikinti işləri təşkil edib.

Ümumi inşaat işlərinin 85,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.

Oxşar xəbərlər

Leave a Comment