Yaponiyalı investorlar və şirkətlər Qarabağda bərpa işlərinə dəvət olunacaq

Yaponiyalı investorlar və şirkətlər Qarabağda bərpa işlərinə dəvət olunacaq.

Trend-in məlumatına görə, bunu bazar ertəsi Azərbaycan Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən Yaponiya-Azərbaycan investisiya forumu zamanı deyib.

O bildirib ki, ölkəyə investisiyaların cəlb olunmasının təşviqi məqsədilə bir sıra proqramlar hazırlanır və müvafiq zonalar yaradılır:

“Yaponiya şirkətləri Azərbaycanda neft və qaz, eləcə də kənd təsərrüfatı sahələrində işləyir. Ötən il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dolları ötüb və bu göstərici yaxın gələcəkdə dörd dəfəyədək artacaq”.

M.Musayev qeyd edib ki, əməkdaşlıq müddətində Azərbaycanda Yaponiya kreditləri hesabına artıq yüzlərlə layihə istifadəyə verilib.

Oxşar xəbərlər

Leave a Comment