Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılacaq (FOTO)

Yaxın vaxtlarda 2021-ci ilin dövlət büdcəsi layihəsi müzakirə üçün Milli Məclisə daxil olacaq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin bu gün keçirilən iclasında deyib.

T.Mirkişili bildirib ki, Maliyyə Nazirliyi tərəfindən Azərbaycanın 2021-ci ilin dövlət büdcəsinin ilkin göstəriciləri açıqlanıb:

“2021-ci ildə 2,8-3,4 faiz iqtisadi artım proqnozlaşdırılır. Bu büdcə ilk dəfə orta müddətli xərclər əsasında hazırlanıb”.

Oxşar xəbərlər

Leave a Comment