YAXŞI HƏKİM MİLLƏTİN ANASIDIR!…

Məhərrəm Əsədov 1950-ci ildə Qubadlı rayonunun Xələc kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Baş şosse yolları idarəsində başlamış və 49 il bu sistemdə işləmişdir. Avtomobil yolları üzrə üç kitabın və 18 səmərəli təklifin müəllifidir. Beynəlxalq Nəqliyyat Akademiyasının akademikidir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüşdür.
Hal-hazırda AAYDA-nın “Azəryolelmitədqiqatlayihə” Layihə İnstitutunda mühəndisdir.

Azərbaycanın yazıçısı, dramaturqu, jurnalisti, ictimai xadimi, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə yazırdı ki, Bakı şəhərində imkanlı şəxslər xəstələndikdə yəhudi və ya rus həkimlərinə müraciət edirdilər. Bu da onların daha məsuliyyətli və dəqiq olmalarından irəli gəlirdi. Rəhmətlik atam isə deyərdi ki: ”Yaxşı həkim millətin anasıdır”. Bəli, yaxşı həkim, ancaq yaxşı həkim!.. Mənim bəxtim gətirdi, Allahım məni Azərbaycanda sayca çox olmayan savadlı həkimlərə rast elədi.

                                                       Uzman doktor Fikirət Əhmədov

2021 -ci ilin aprel ayında mənim səhhətimdə problem yarandı. Aparılmış yoxlamalar nəticəsində müyyən olundu ki, prostat vəzinin əməliyyatı aparılmalıdır. Məni fikir götürdü və mən internet səhifələrində uroloq həkimləri tapıb onlarla tanış oldum. Ancaq qərar qəbul edə bilmədim. Sonra qohumum neyro-xirurq uzman doktor Bəhruz Eyvazova əməliyyatı apara bilən xirurq tapmaqda kömək etməsini xahiş etdim. O, bir gün götür-qoy edərək doktor Fikirət Əhmədovu məsləhət gördü. Uzman doktor Fikirət Əhmədov 45 gün müayinə apararaq məni psixoloji cəhətdən tam hazırladı və müvafiq müayinələr apararaq Allahın izni ilə iyun ayının 14-də müvəffəqiyyətlə əməliyyat etdi. İndi mənim səhhətimdə problem yoxdur.

Çox sevinirəm ki, indi respublikamızın xəstəxanalarında çalışan doktor Fikrət Əhmədov kimi savadlı və qayğıkeş azərbaycanlı həkimlər onlardan şəfa diləyən minlərlə insanların sağlamlığının keşiyində dayanmışlar.
Mən böyük minnətdarlıqla uzman doktor Eyvazova, onun əməliyyatı aparmaq üçün seçdiyi Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının uzman doktoru Fikrət Əhmədova və onları əhatə edən mehriban tibb bacılarına “çox sağ olun” deyirəm.

Məhərrəm Əsədov,
Beynəlxalq Nəqliyyat Akademiyasının akademiki
“Azəryolelmitədqiqatlayihə” institutunun muhəndisi

Oxşar xəbərlər

Leave a Comment